Bank Of Baku

ADP Gənclər Təşkilati Milli Məclisin qarşısında aksiya keçirmək istəyir

ADP Gənclər Təşkilati Milli Məclisin qarşısında aksiya keçirmək istəyir
# 20 fevral 2012 13:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) Gənclər Təşkilati Xocalı soyqırımının ildönümü münasibətilə aksiya keçirmək istəyir.

ADP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiyanın Gənclər Təşkilatı Xocalı qətliamının Milli Məclis tərəfindən soyqırımı kimi tanınması tələbi ilə parlamentin binası qarşısında aksiya keçirmək barədə qərar qəbul edib.

Partiya bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət ünvanlayıb. Müraciətdə Konstitusiyasının 49-cu maddəsinin və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə uyğun olaraq fevralın 25-də saat 15.00-dan 16.30-dək, Xocalı qətliamının Milli Məclis tərəfindən soyqırımı kimi tanınması tələbi ilə dinc aksiya keçirilməsinə şərait yaradılması və aksiyanın təhlükəsizliyinin təmin edilməsi xahiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR