Bank Of Baku

Əli Həsənov: ““Eurovision” müsabiqəsi siyasiləşdirilərək ayrı-ayrı təşkilatların, qrupların siyasi və digər maraqlarını təmin etmək istiqamətində istifadə olunur”

Əli Həsənov: ““Eurovision” müsabiqəsi siyasiləşdirilərək ayrı-ayrı təşkilatların, qrupların siyasi və digər maraqlarını təmin etmək istiqamətində istifadə olunur”
# 20 fevral 2012 13:23 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəzi xarici media orqanlarının “Eurovison” mahnı müsabiqəsi öncəsi Bakıda insanların mülkiyyət hüquqlarının pozulduğu iddia olunan materiallarına və “Human Rights Watch” təşkilatının bənzər bəyanatına münasibət bildirərkən deyib.

Ə. Həsənov bildirib ki, Bakı şəhərində bəzi evlərin sökülməsi işləri qanunauyğun şəkildə, bütün kompensasiyalar lazımi qaydada ödənildikdən sonra paytaxtın əvvəlki illərdə pozulmuş Baş Planının bərpası, şəhər infrastrukturunun lazımi standartlara çatdırılması məqsədilə aparılır: “Bu işləri “Eurovision” müsabiqəsi ilə bağlamaq cəhdləri hesab edirik ki, Azərbaycana təzyiqdir. “Eurovision” müsabiqəsi siyasiləşdirilərək ayrı-ayrı təşkilatların, qrupların siyasi və digər maraqlarını təmin etmək istiqamətində istifadə olunur”.

Ə. Həsənovun fikrincə, bir sıra xarici KİV-də “Eurovision”la bağlı gedən bu yazıların vahid bir strategiyası var: “Niyyət də Azərbaycana təzyiq göstərmək, Azərbaycanda həyata keçirilən daxili, xarici siyasəti, Azərbaycanın enerji siyasəti və digər məsələlərlə bağlı bu və digər güzəştləri qoparmaqdır. Əlbəttə, mətbuat orqanlarından vasitə kimi istifadə edirlər. Amma bunu ümumilikdə ayrı-ayrı qruplar, dairələr həyata keçirir. Bunlarla bağlı Azərbaycan hökuməti münasibətini bildirib, bundan sonra da bildirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR