Bank Of Baku

Müsavat Partiyasının qurultayı təxirə salınıb

Müsavat Partiyasının qurultayı təxirə salınıb
# 20 fevral 2012 13:55 (UTC +04:00)
Bu barədə APA-ya Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Tofiq Yaqublu məlumat verib. O, qurultayın təxirə salınması ilə bağlı qərarın təşkilat komitəsinin bugünkü iclasında verildiyini bildirib.

Qurultayın təxirə salınmasına səbəb kimi isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən partiyaya ali tədbiri keçirmək üçün yer ayrılmaması göstərilib.

Təşkilat komitəsinin iclasında qurultayın keçiriləcəyi yeni yerin tapılması ilə bağlı İşçi Qrupu yaradılıb. İşçi Qrupunun rəhbəri Tofiq Yaqublu seçilib. Qurultayın nə vaxt keçiriləcəyi bilinməsə də, T. Yaqublu partiyanın ali tədbirinin yer tapdıqdan sonra qısa müddətdə keçiriləcəyini söyləyib.

Qeyd edək ki, müsavat Partiyasının VIII qurultayının martın 3-4-də keçirilməsi barədə qərar partiya Məclisinin bu il yanvarında keçirilən toplantısında qəbul edilib. Partiyanın VIII qurultayı daha çox indiki başqan İsa Qəmbərin səlahiyyət müddətinin başa çatması ilə maraqlı diqqətləri özünə cəlb edir. Partiya qurultayın Əl Oyunları İdman Sarayında keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, paytaxt rəhbərliyi tərəfindən buna razılıq verilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR