QAT Milli Məclis üzvlərinin Ermənistana səfərinə kəskin reaksiya verib
21 fevral 2012 12:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) bir qrup azərbaycanlı deputatın Ermənistan paytaxtına səfər etməsi ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Milli Məclisin deputatları Rövşən Rzayev, Azay Quliyev və Fərəc Quliyevin İrəvana səfəri pislənilib: “Bu cür səfərlərə heç bir adla - istər AVRONEST Parlament Assambleyası, istərsə də başqa bir tədbir olsun - bəraət yoxdur. Bu, erməni siyasətidir və işğal faktını unutdurmağa çalışırlar. Bu səfərlərə gedənlər bilməlidirlər ki, birmənalı şəkildə erməni siyasətinə xidmət edirlər. Bunu milli maraqlara xəyanət hesab edirik. Şəhidlərimizin ruhları onları heç vaxt bağışlamayacaq”.
Daxili siyasət
PA Vətəndaş Qəbulu Mərkəzində iyunda vətəndaşların qəbulu cədvəli açıqlanıb
18:14
29 may 2024
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
00:00
28 may 2024
MSK daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub
16:37
27 may 2024
Milli Məclisin yaz sessiyası çərçivəsində son iclasının gündəliyi açıqlanıb
16:31
27 may 2024