Prezident İlham Əliyev: “Azərbaycan öz dahi şəxsiyyətlərinin xatirəsinə böyük hörmətlə yanaşır” - FOTOSESSİYA
Prezident bildirib ki, müxtəlif dövrlərdə Azərbaycanın böyük sənətkarları “Koroğlu” mövzusuna müraciət ediblər. Dahi bəstəkar Üzeyir Hacıbəylinin 1930-cu illərdə yazdığı “Koroğlu” operası bu gün də yaşayır və əbədi yaşayacaq. Bütün təntənəli mərasimlərdə “Koroğlu” operasının uvertürası səslənir. Bu, dövlət himnimizlə bərabər Azərbaycan xalqının ayrılmaz böyük dəyəri kimi bu gün də yaşayır.
Prezidentin fikrincə, gənc nəslin tərbiyə edilməsində “Koroğlu” dastanı çox mühüm bir vasitədir. “Çünki gənc nəslimiz vətənpərvərlik ruhunda böyüməli, tərbiyə almalıdır. Müstəqil Azərbaycanın vətəndaşları öz Vətənini, xalqını sevməlidirlər. Koroğlu xalq içərisindən çıxmış, xalq üçün yaşamış gözəl insan, böyük sərkərdə idi. Koroğlu, eyni zamanda, istedadlı insan idi - həm şair, həm aşıq idi. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqının ən gözəl xüsusiyyətləri onda var idi və bizim gənclərimiz keçmişimizdə olan müsbət obrazları da bilməlidirlər, yaxından, dərindən tanımalıdırlar”. Azərbaycanın zəngin tarixi olduğunu bildirən prezident deyib ki, Koroğlu abidəsinin ucaldılması bir tərəfdən tarixi ədaləti əks etdirir, digər tərəfdən Koroğlu abidəsi bir daha Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu əyani şəkildə göstərir.
O vurğulayıb ki, Azərbaycan öz dahi şəxsiyyətlərinin xatirəsinə böyük hörmətlə yanaşır. 2011-ci ildə Bakıda görkəmli şəxsiyyətlərin- Zivərbəy Əhmədbəyovun və Fikrət Əmirovun abidələri ucaldılıb. Yaxın gələcəkdə Bakıda Babəkin, Qara Qarayevin, Bülbülün abidələri ucaldılacaq. Artıq müvafiq göstərişlər verilib.
”Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar, Vətəni sevirlər. Bizim vətəndaşlar haqlı olaraq qürur hissi keçirirlər ki, biz hamımız Azərbaycan vətəndaşıyıq”-deyə, ölkə başçısı bildirib.
Dövlət başçısının sözlərinə görə, iyirmi il ərzində ölkə böyük və şərəfli yol keçib, bütün sahələrdə böyük uğurlara nail olub: “Bu gün ölkəmizdə hər bir sahədə olduğu kimi, milli mənəvi sahədə də dirçəliş, inkişaf var. Biz güclü, müasir dövlət qururuq. Ancaq ənənələrimizə, tariximizə, keçmişimizə çox bağlıyıq. Dünyada qloballaşma prosesləri gedir, istər-istəməz bizə də təsir edir. Yəni bu, heç bir ölkədən yan keçə bilməz. Xüsusilə, bu dövrdə milli dəyərlərə diqqət daha da böyük olmalıdır. İnsanlar milli ruhda tərbiyə olunmalıdırlar. Öz Vətəninə, öz keçmişinə, tarixinə, dahi şəxsiyyətlərinə hörmətlə yanaşmalıdırlar. Mən çox şadam ki, bugünkü Azərbaycan reallıqlarını bu amillər müəyyən edir. Bizi bəzi başqa ölkələrdən fərqləndirən məhz odur ki, Azərbaycan dövləti güclü milli təməl üzərində qurulub. Eyni zamanda, Azərbaycanda yaşayan bütün millətlərin, bütün dinlərin nümayəndələri ölkəmizin dəyərli vətəndaşlarıdırlar və Azərbaycanın təcrübəsi bu baxımdan diqqətə layiqdir və böyük maraq doğurur”.
Bakıda böyük quruculuq işləri aparıldığını deyən prezident vurğulayıb ki, bütün parklar, bağlar yenidən qurulur, abadlaşır: “İnsanlar üçün gözəl istirahət yerləri yaradılır. Bakı doğrudan da indi dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının tarixi gözəlliyi var. Tarixi, qədim binalar şəhərimizə gözəllik verir. Eyni zamanda, Bakının müasir meqapolisə çevrilməsi prosesi də uğurla gedir. Bu iki istiqamət arasında heç bir ziddiyyət olmamalıdır və yoxdur. Həm müasir binalar, həm qədim Bakı bir-birini tamamlamalıdır və tamamlayır. Şəhərimizin gözəlləşməsi hər bir Bakı sakini, hər bir Azərbaycan vətəndaşı üçün çox vacib olan məsələdir. Bakıya gələn hər bir qonaq şəhərin gözəlliyinə heyran olur. Bakı da bizim böyük, milli sərvətimizdir”.
Prezident Koroğlu abidəsinin ucaldılmasının böyük məna daşıdığını deyib: “Bu, həm tarixi şəxsiyyətə hörmətimizin əlamətidir, həm keçmişimizə olan münasibətdir, həm də Koroğlunun etdiyi fədakarlığa görə Azərbaycan xalqının qiymətidir. Bu gözəl əsər, əminəm ki, bütün Azərbaycan xalqını sevindirəcəkdir. Koroğlu abidəsi məhz belə olmalı idi. Gözəl, möhtəşəm, qürurlu və əzəmətli”.
Prezident əsərin müəllifinə, görkəmli heykəltəraş Tokay Məmmədova da minnətdarlığını bildirib.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
Kavelaşvili: Gürcüstanla Azərbaycanı ortaq regional maraqlar birləşdirir
Deputat: Artıq narkobaronlarla mübarizə aparmalıyıq
Qarabağa səfər edən diplomatlara hücumlar: Ermənistan sülhə hazır deyil - TƏHLİL
Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
Türkiyə və İran XİN rəhbərləri regional təhlükəsizliyi müzakirə edib
Tıxacda vaxt itirmək istəməyənlər üçün Biləcəridə yeni mənzil imkanları
Özəlləşdirilmiş müəssisələrə son 5 ildə 145 mln. manatdan çox investisiya yatırılıb
İranda 1 000 xalq batalyonu yaradılacaq
Özəlləşdirmənin uğurlu nəticəsi: investisiya müsabiqəsi ilə özəlləşən müəssisə yenidən qurulub - FOTO
Ülvi Quliyev “Şöhrət” ordeni ilə təltif edilib
Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Seyid Yəhya Bakuvi ilə bağlı konfransın iştirakçıları Xocalı Memorial Kompleksini ziyarət ediblər - FOTO
Həlak olan minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşib
Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı qərar verilib
ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr işlədən şəxslərə xəbərdarlıq edilib
Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişib
Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonası təsdiq edilib
ABB partnyorları ilə görüş keçirib
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib
"InvestAZ"dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə!
Kosovonun sabiq prezidenti Haşim Taçi hərbi cinayətlərə görə 25 il həbs cəzasına məhkum edilib
Zəfərdən ədalət mühakiməsinə: Azərbaycanın yaratdığı tarixi reallıq – TƏHLİL
Növbəti qurultaya hazırlaşan YAP-ın inkişaf tarixində yeni mərhələ - MÖVQE
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib - FOTO - YENİLƏNİB
Ermənistan Konstitusiya Məhkəməsi TRIPP sazişini konstitusiyaya uyğun hesab edib
Şimali makedoniyalı mütəxəssis “Qəbələ”nin yeni baş məşqçisi təyin olunub
Etilen-Polietilen zavodunda gələn il modernizasiya layihəsi üzrə sahə işlərinə başlanılacaq
Aİ Orta Dəhlizin inkişafına 12 mlrd. avroyadək investisiya cəlb etməyi planlaşdırır
ABŞ Belarusun iki şirkətinə qarşı sanksiyaları aradan qaldıracaq, Minsk isə 25 nəfəri azad edəcək
2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Qərbi Azərbaycan İcması erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa çağırıb
Şimali Kiprin dini nümayəndəsi: Türk həmrəyliyinə heç bir qüvvə asanlıqla zərər vura bilməz
TDT rəsmisi Orta Dəhlizdə daşımaların asanlaşdırılmasının yollarından danışıb
“İrşad”da yeni tədris ilinə özəl “Yaşıl Cümə” fürsətləri başladı - VİDEO
Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq - SABAHIN HAVASI
Ramazan Erdağ: Orta Dəhlizin uğuru yalnız yük həcmi ilə deyil, yaratdığı iqtisadi dəyərlə ölçüləcək
Aİ-nin enerji xərcləri Hörmüz boğazındakı vəziyyətə görə 90 milyard avro artıb
Gürcüstan DTX-nin yeni rəhbəri vəzifəsinə təsdiqlənib
AİB-nin Direktorlar Şurasının üzvləri Azərbaycana səfəri çərçivəsində ADY-də olublar
Fərid Şəfiyev: Orta Dəhlizin məqsədi xüsusilə böhran dövrlərində mühüm boşluqları doldurmaqdır
Müdafiə naziri Katz: İsrail Qəzzada "işi bitirəcək"