Bank Of Baku

“Xocalıya ədalət” kampaniyasının tədbirlər proqramı açıqlanıb - FOTO

“Xocalıya ədalət” kampaniyasının tədbirlər proqramı açıqlanıb - <font color=red>FOTO</font>
# 22 fevral 2012 14:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov “Xocalıya ədalət” kampaniyasının 2012-ci il üçün tədbirlər proqramını açıqlayıb. APA-nın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında E. İsgəndərov deyib ki, kampaniya çərçivəsində 50-dən artıq ölkədə aksiyaların keçirilməsinə başlanıb və builki tədbirlər daha kütləvi xarakterə malikdir: “Bu ilin 14 fevral tarixindən başlayaraq Niderland, Polşa, Macarıstan, İsveçrə, BƏƏ, Ukrayna və Türkiyənin bir sıra şəhərlərində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində konfranslar, dəyirmi masalar, rəsm sərgiləri, etiraz nümayişləri və digər məlumatlandırma aksiyaları keçirilir. Bu tədbirlər içərisindən Hollandiyada parlamentə yönəlmiş və Xocalı qırğınına hüquqi qiymət verilməsini tələb edən müraciətə 1 milyon imzanın toplanmasını, həmçinin Budapeştdə Xocalı faciəsinin ilk dəfə hüquqi məsuliyyət prizmasından nəzərdən keçirildiyi konfransı qeyd etmək olar”.

E. İsgəndərov bu həftədən başlayaraq dünyanın başqa aparıcı şəhərlərində də “Xocalıya ədalət” kampaniyası çərçivəsində çoxlu sayda aksiyalara start veriləcəyini söyləyib. Onun sözlərinə görə, adıçəkilən ölkələrdə “Xocalı” filmi nümayiş olunacaq, faciədən bəhs edən konfranslar keçiriləcək, məlumat broşürləri və fotolar paylanacaq.

E. İsgəndərov qeyd edib ki, fevralın 24-də Kanada parlamentinin, eləcə də Ermənistanın bu ölkədəki səfirliyinin qarşısında etiraz mitinqi, fevral 26-da isə ASAIF cəmiyyətinin təşkilatçılığı və “Xocalıya Ədalət” kampaniyasının əməkdaşlığı ilə İstanbulun Taksim meydanında “Hamımız Xocalılıyıq” şüarı altında minlərlə insanın iştirakı ilə nümayiş keçiriləcək. Fevralın 27-də Fransa Milli Assambleyasının binasında “Xatirə səciyyəli qanunlar və bilinməyən soyqırımlar” adlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR