Bank Of Baku

“Qarabağ” blokunun toplantısı keçirilib

“Qarabağ” blokunun toplantısı keçirilib
# 22 fevral 2012 15:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün “Qarabağ” blokunun növbəti toplantısı keçirilib. Blokun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müzakirələrdə son günlər Azərbaycanda dindarların terror və başqa ittihamlarla tutulması təqib kampaniyası kimi dəyərləndirilib və narahatlıq ifadə olunub.

Blok İranla son dövrlər yaranmış arzuolunmaz münasibətlərdən narahatlığını bildirib və hər iki dövlətin rəsmilərini iki qonşu ölkənin münasibətlərinə xələl gətirəcək açıqlamalar verməkdən çəkinməyə çağırıb.

Toplantıda Rusiya prezidenti Dmitri Medvedevin radikal müxalif mövqedə olan siyasi partiyaların liderlərini dialoqa dəvət etməsi də diqqət mərkəzində olub və blok Azərbaycanda da bu tipli addımların atılmasını zəruri sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR