Bank Of Baku

İsa Qəmbər: “Müsavatın qurultayında başqanlığa namizədliyimi irəli sürməyəcəyəm”

İsa Qəmbər: “Müsavatın qurultayında başqanlığa namizədliyimi irəli sürməyəcəyəm”
# 23 fevral 2012 13:06 (UTC +04:00)
APA-nın məlumatına görə, əvvəlcə Azərbaycanın XX əsrinə milli faciələri barədə danışan İ. Qəmbər “Eurovision” müsabiqəsi ərəfəsində keçiriləcək kütləvi aksiyalara toxunub. O bildirib ki, martın 4-də Müsavat Partiyası gənclərinin də qatılacağı gənclər aksiyasından sonra İctimai Palata mitinq və piketlər keçirəcək. İ. Qəmbər aksiyaların keçirilməsinin “Eurovision” müsabiqəsindən asılı olmadığını, İctimai Palatanın 2 aprel məhbuslarının həbsdən azad edilməsinin heç də hakimiyyət qarşısında bir şərt kimi irəli sürülmədiyini vurğulayıb. O, Müsavat Partiyasının VIII qurultayının xaricdə keçirilməsi ehtimalından da danışıb. “Qurultayı Bakıda keçirmək niyyətindəyik” deyən İ. Qəmbər partiyanın qurultayında Müsavatın 2013-cü il prezidentliyə namizədinin irəli sürülə biləcəyini də vurğulayıb.

İ. Qəmbər VIII qurultayda başqanlığa namizədliyini irəli sürməyəcəyini bir daha söyləyib: “Lakin bilirəm ki, qurultayda namizədliyimi irəli sürsəm, partiya üzvlərinin 99 faizi məni müdafiə edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR