Bank Of Baku

Oqtay Əsədov: “Azərbaycan deputatlarının İrəvana səfəri zamanı ilk dəfə Ermənistan parlamentində bu ölkə işğalçı adlandırıldı”

Oqtay Əsədov: “Azərbaycan deputatlarının İrəvana səfəri zamanı ilk dəfə Ermənistan parlamentində bu ölkə işğalçı adlandırıldı”
# 24 fevral 2012 11:20 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “Azərbaycan tərəfindən bəzi ictimai xadimlər, o cümlədən deputatlar Ermənistanı su yoluna döndəriblər”. APA-nın xəbərinə görə, bu fikirləri BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında deyib. O, azərbaycanlı deputatların bu günlərdə Ermənistana səfər etdiyini xatırladaraq, bu cür səfərlərdən narazılıq edib.

Milli Məclisin sədri Oqtay Əsədov isə onunla razılaşmayıb: “Mən bu “su yoluna döndərmək” fikri ilə razı deyiləm”.

O. Əsədov Milli Məclisin deputatlarının Ermənistana sonuncu səfərini yüksək qiymətləndirib: “Məhz bu səfər zamanı ilk dəfə Ermənistan parlamentində bu ölkə işğalçı adlandırıldı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR