Bank Of Baku

VHP Gənclər Təşkilatının sədri istefa verib

VHP Gənclər Təşkilatının sədri istefa verib
# 24 fevral 2012 12:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatı Məclisinin növbəti yığıncağı keçirilib.

APA-nın məlumatına görə, toplantıda Xocalı soyqırımı, 4 mart mitinqinə hazırlıq işləri və təşkilati məsələlər müzakirə edilib.

İclasda iki Məclis üzvü vəzifəsindən azad edilib, onların yerinə yeni üzvlər seçilib. Həmçinin VHP Gənclər Təşkilatının sədri Emil Bağırovun istefası da qəbul edilib, növbədənkənar konfransa hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Müvəqqəti olaraq sədrin səlahiyyətlərinin icrası Baba Qamətliyə həvalə edilib. Yığıncaqda müvafiq təyinatlar da olub.

Sonda təşkilatın Məclisinin yeni Şurası da müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR