Bank Of Baku

MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib
# 24 fevral 2012 14:12 (UTC +04:00)
APA-nın məlumatına görə, qurumun rəhbəri Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda toplantının gündəliyi müəyyənləşib və MSK-nın 19 dekabr və 23 dekabr 2011-ci il tarixli iclasının protokolları təsdiqlənib.

Xocalı soyqırımı haqqında danışan MSK sədri Məzahir Pənahov Ermənistanın məkrli siyasətinə qarşı beynəlxalq təşkilatların mövqe nümayiş etdirməsinin zəruriliyini vurğulayıb. İclasda soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantıda normativ xarakterli bəzi aktlar, o cümlədən bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı MSK üzvləri Arifə Muxtarova və Şaitdin Əliyev məlumat veriblər.

İclasda MSK Katibliyi yanında Seçkilər İnformasiya Mərkəzinin direktorunun işə qəbul və xaric edilməsi ilə bağlı nəzərdə tutulan müddəada texniki xarakterli dəyişiklik edilib. Həmçinin, MSK və qurumun Katibliyi haqqında Əsasnamədə də bir sıra dəyişikliklər müzakirə olunub.

Yığıncaqda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı müzakirələr aparılıb. 125 saylı Qubadlı-Zəngilan və 86 saylı İsmayıllı dairə seçki komissiyalarının bəzi üzvləri dəyişdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR