Bank Of Baku

Milli Məclisin Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş iclası başa çatıb

Milli Məclisin Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş iclası başa çatıb
# 24 fevral 2012 15:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş iclası fasilədən sonra çıxışlarla davam edib. APA-nın məlumatına görə, deputat Gövhər Baxşəliyeva deyib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar ciddi şəkildə tədqiq olunmalıdır.

Musa Quliyev Xocalı soyqırımı zaman həlak olanlara şəhid statusu verilməsini təklif edib. O, Xocalı faciəsinin soyqırım kimi dünyanın daha çox ölkəsində tanınması üçün işlərin davam etdirilməsini vacib sayıb.

Etibar Hüseynov şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə memorial qoyulması təklifini irəli sürüb. Novruz Aslanov bu təklifi dəstəkləyib.

Rafiq Məmmədhəsənov Xocalı Muzeyi yaradılması təklifini irəli sürüb

Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bəyan edib ki, biz mənfur qonşularımız kimi diasporlarımızın fəaliyyətindən geniş yararlana bilmirik: “Hər şeyi dövlətdən ummaq olmaz”.

Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova bir neçə ölkə parlamentinin Xocalı faciəsini soyqırım kimi tanımasının kifayət olmadığını deyib: “Xocalı soyqırımını dünyanın bütün ölkələri tanımalıdır”.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun fikrincə, Xocalı faciəsinin soyqırım olduğunu sübut etmək heç də çətin deyil, çünki faciə ilə bağlı foto və videomateriallar və s. mövcuddur.

Ayaz Orucov “Xocalının səsi” radiostansiyasının yaradılmasını təklif edib.

Sədr Oqtay Əsədov deputatların səsləndirdiyi fikirlərin nəzərə alınacağını söyləyib: “Yaxın həftələrdə bunun nəticələrini görəcəksiniz”.

Bununla da Milli Məclisin Xocalı soyqırımı ilə bağlı xüsusi iclası başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR