Bank Of Baku

Arif Hacılı Müsavat Partiyasının qurultayının təxirə salınmasına münasibət bildirib

Arif Hacılı Müsavat Partiyasının qurultayının təxirə salınmasına münasibət bildirib
# 24 fevral 2012 15:35 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu hazırda həbsdə olan Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı Müsavatın qurultayının təxirə salınmasına münasibət bildirərkən deyib.

A. Hacılı qurultayın təxirə salınmasını yaradılan süni maneələr səbəbindən atılmış məcburi addım olduğunu söyləyib: “Hakimiyyət dairələri Müsavat Partiyasına normal fəaliyyət imkanı vermir, qurultayın keçirilməsi üçün yer ayırmır. Eyni zamanda, guya qurultayın Müsavat rəhbərliyi tərəfindən ləngidilməsi təbliğatı aparılır. Məncə, belə təbliğatın təsiri altına düşmək, tələsik qərarlar qəbul etmək lazım deyil. Müsavat Partiyasının qurultayları həmişə tarixi hadisəyə çevrilib. Əminəm ki, VIII Qurultay da mühüm bir siyasi hadisə kimi Azərbaycan tarixinə daxil olacaq. Ona görə də qurultayı partiyanın adına, nüfuzuna layiq şəkildə keçirmək lazımdır. Hazırda qurultayın nəyin bahasına olursa-olsun, necə olursa-olsun keçirmək zərurəti yoxdur. Qurultay bir neçə həftəliyə, bir neçə aylığa, cəmiyyətin və təşkilatın mənafeləri tələb edərsə, daha artıq müddətə təxirə salına bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR