Bank Of Baku

BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib

BAXCP İdarə Heyətinin növbəti iclası keçirilib
# 27 fevral 2012 11:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Azərbaycanda, Türkiyədə və digər ölkələrdə keçirilən tədbirlər müzakirə olunub. Partiyanın İdarə Heyəti bu münasibətilə İstanbulda və Bakıda keçirilən yürüşləri, eləcə də digər tədbirləri yüksək qiymətləndirdiyini bəyan edib: “Türkiyədə və Azərbaycanda keçirilən kütləvi aksiyalar iki qardaş dövlət arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə zəmin yaradacaq, erməni yalanlarına qarşı birgə mübarizənin təşkil olunmasında və həyata keçirilməsində mühüm rol oynayacaq”.

Partiya dünyanın aparıcı telekanallarını soyqırıma laqeyd yanaşmalarını isə pisləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR