ADP İdarə Heyətinin toplantısı keçirilib
27 fevral 2012 15:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Xocalı soyqırımının 20 illiyi ilə bağlı keçirilən tədbirlərə münasibət bildirən İdarə Heyəti üzvləri əvvəlki illərdən fərqli olaraq bu tədbirlərin daha geniş miqyasda və mütəşəkkil qaydada keçirilməsini təqdir edib, eləcə də bu cinayətləri törədənlərin cəzalandırılması üçün beynəlxalq məhkəməyə müraciət etmənin vacibliyini diqqətə çatdırıb.
İdarə Heyəti üzvləri İran Azərbaycan münasibətlərinin gərginlik fazasına daxil olmasından bir daha narahat olduğunu ifadə edərək, mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın bu gərginliyin aradan qaldırılmasında müsbət rol oynaya biləcəyinə əminliyini qeyd edib.
Yığıncaqda Azərbaycan və Ermənistanın bir qrup ziyalılarının Moskvada keçirilən görüşünə, eyni zamanda bir qrup Azərbaycan millət vəkillərinin Ermənistana səfərinə münasibət bildirən toplantı iştirakçıları layihədə iştirak edən şəxslərin düzgün müəyyənləşməsi şərti ilə xalq diplomatiyasının işə salınmasının problemlərin həllində vasitə olacağına inamını ifadə edib.
İdarə Heyəti üzvləri Rusiyada Azərbaycan diasporunun Xocalı soyqırımı ilə bağlı nümayişlər keçirilməsinə məhdudiyyət qoyulmasını qətiyyətlə pisləyib və bu cür mövqenin arxasında Rusiyanın Xocalı soyqırımında bilavasitə iştirak etməsinin durduğunu diqqətə çatdırıb.
İdarə Heyəti üzvləri Rusiyada yaşayan azərbaycanlıların bu ölkədə keçiriləcək prezident seçkilərində Vladimir Putinin dəstəkləməsi siyasətinin yanlış olduğunu bildirib və həmyerlilərimizi demokratikləşməyə xidmət edən qüvvələrin yanında yer almasına çağırıb.

Daxili siyasət
Əfv Komissiyasının iclasları başa çatıb, 700-dən çox müraciətə baxılıb
17:55
22 may 2024
Parlamentin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
15:14
21 may 2024
Siyavuş Novruzov: Fəvvarələr meydanında camaatın gəzdiyi yerdə foto çəkdirirlər, mitinq kimi təqdim edirlər
12:19
21 may 2024
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
12:16
21 may 2024