Bank Of Baku

Azərbaycan İslam Partiyası ABŞ hərbçilərinin Əfqanıstanda Quranı yandırmasına etiraz olaraq bəyanat yayıb

Azərbaycan İslam Partiyası ABŞ hərbçilərinin Əfqanıstanda Quranı yandırmasına etiraz olaraq bəyanat yayıb
# 28 fevral 2012 12:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan İslam Partiyası (AİP) Əfqanıstanda ABŞ hərbçiləri tərəfindən Qurani-Kərimin yandırılması ilə bağlı bəyanat verib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, üzdə maskalanaraq inanclara guya tolerant münasibət bəsləyən ABŞ-ın hakim dairələri gah keşişlərin, gah da istilaçı əsgərlərin əli ilə müqəddəs Qurani-Kərimə qarşı təhqiramiz hərəkətlərə şərait yaradırlar: “ABŞ əsgərlərinin Əfqanıstanda törətdikləri fitnə-fəsadlar içərisində bəşəriyyət üçün ən dəhşətlisi Allahın kitabı olan Qurani-Kərimi yandırmalarıdır. Azərbaycan İslam Partiyası bu addımı insanlıqdan kənar hərəkət, bəşəriyyətə düşmənçilik kimi qiymətləndirir”.

İslam Partiyası bu kimi halların dinindən, irqindən, milliyyətindən asılı olmayaraq, dünyanın bütün inanclıları üçün, xüsusən də Məhəmməd (s) ümməti üçün bir imtahan hesab edib: “Allaha qarşı düşmənçilik edənlərin iyrənc niyyəti bəşəriyyətin məhvidir. ABŞ təmsilçilərinin sivilizasiyalararası düşmənçiliyə xidmət edən addımları dünyanı inkişafa deyil, böyük fəlakətlərə sürükləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR