İlham Əliyev: “2012-ci ildə də Azərbaycanda böyük müəssisələr, zavodlar açılacaq, ölkənin qeyri-neft potensialı daha da artacaq”
APA-nın verdiyi xəbərə görə, bu barədə prezident İlham Əliyev “Baku Expo” Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransındakı çıxışında deyib.
Prezident bildirib ki, 2012-ci ildə də Azərbaycanda böyük müəssisələr, zavodlar açılacaq, ölkənin qeyri-neft potensialı daha da artacaq.
Onun sözlərinə görə, hər bir bölgədə, hər bir rayonda təxminən eyni mənzərəni müşahidə edilir. İnkişaf, abadlıq, quruculuq, sosial layihələrin icrası və ümumiyyətlə, böyük canlanma prosesi gedir. “Bu, məni çox sevindirir. Mən mütəmadi qaydada bölgələrdə oluram, vəziyyətlə tanış oluram və hər dəfə müsbətə doğru dəyişiklikləri görəndə çox sevinirəm. Ölkəmizin çox böyük imkanları, böyük potensialı vardır. Bu potensialı Azərbaycan xalqının istedadı yaratmışdır və biz elə etməliyik ki, müəyyən olunmuş bütün vəzifələr həm dövlət qurumları, həm də özəl sektor tərəfindən icra edilsin”.
Prezident deyib: “Son 8 il ərzində ümumi daxili məhsul 3 dəfə artıb. Heç bir başqa ölkədə belə nəticə olmayıb. Çox sevindirici haldır ki, özəl sektorun çəkisi artır, təxminən indi bu pay 83 faiz civarındadır. Bu, onu göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesi artıq çoxdan başa çatıb. Biz artıq keçid dövrümüzü başa vurmuşuq. Azərbaycan indi keçid dövrünü yaşayan ölkə deyildir. Biz sürətli inkişaf dövrünü yaşayan ölkəyik, inkişafda olan ölkəyik və bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkəyə çevrilmək üçün biz siyasətimizi davam etdirəcəyik”.
İlham Əliyev bildirib ki, yeddi milyard manat nəzərdə tutan Dövlət İnvestisiya Proqramı icra ediləcək. Bu böyük məbləğdir. Elə etmək lazındır ki, bu məbləğ böyük səmərə ilə istifadə olunsun və bütün layihələrdə işlər getsin. Heç bir yubanma olmasın, bürokratik əngəlləri gərək tamamilə aradan qaldıraq və eyni zamanda, bu böyük dövlət layihələrinə nəzarət daha da güclü olmalıdır. Çünki nəzarət olan yerdə işin keyfiyyəti də təmin edilir.
Bu il də infrastruktur layihələrinə böyük vəsait ayrılacaq. Xüsusilə yol tikintisinə. Magistral yollarda işlər gedir. Keçən il olduğu kimi, bu il də kənd yollarına eyni qaydada böyük sərmayə qoyulmağa başlanılıb.
Onun sözlərinə görə, xüsusilə 2012-ci və 2013-cü illərdə bu sahəyə daha da böyük məbləğdə vəsait qoyulacaq. Kənd yollarının tikintisi birbaşa yerli icra orqanlarına tapşırılıb. Onlar bu işi böyük səmərə ilə və böyük keyfiyyətlə görməlidirlər. Bu, böyük məsuliyyətdir, çünki əvvəlki dövrdə bu işlərlə mərkəzi icra orqanları məşğul olub. Ancaq mərkəzi icra orqanlarının digər layihələri var. Onlar əsas diqqəti magistral, şəhərlərarası yollara yönəltməlidirlər. O ki qaldı kənd yollarına, yerli icra orqanları bu işləri daha yaxşı bilir. Artıq keçən ildən başlayaraq hər bir bölgədən sifarişlər gəlib, məruzələr edilib və plan tərtib olunub. Dövlət başçısı deyib: “Gördüyünüz kimi, ilin əvvəlindən həm dövlət büdcəsi, həm prezidentin ehtiyat fondu hesabına bölgələrə vəsait ayrılır. Qarşıya məqsəd qoyulubdur ki, biz bütün kənd yollarını abadlaşdıraq. Bu, əlbəttə ki, maksimum məqsəddir”.
Eyni zamanda, 2013-cü ilin sonuna qədər qarşıya real məqsəd də qoyulub, bütün hesablamalar aparılıb, ölkənin həm maliyyə imkanları, həm texniki imkanlar. Beləliklə, kəndlərdə yaşayan əhalinin 80 faizi 2013-cü ilin sonuna qədər gözəl yollardan istifadə edəcək. Qarşıya hədəf qoyulub ki, kəndlərdə yaşayan əhalinin 80 faizi mütləq əsaslı təmir edilmiş və tikilmiş yollardan artıq istifadə edəcək. Məqsəd isə əlbəttə ki, kənd yollarının 100 faiz qaydaya salınmasıdır.
Bölgələrdə qazlaşdırma prosesi getdiyi deyən prezident bildirib ki, Dövlət Neft Şirkətinə müvafiq göstərişlər verilib. Dövlət İnvestisiya Proqramında bölgələrin dövlət büdcəsi hesabına qazlaşdırılması üçün böyük məbləğ nəzərdə tutulub. Qarşıya real məqsəd qoyulub ki, 2013-cü ilin sonuna qədər Azərbaycanda qazlaşdırma 95% çatsın. Bu, böyük vəsait tələb edən məsələdir, böyük texniki imkanlar olmalıdır. Həm yeni xətlər çəkilir, həm vaxtilə çəkilmiş, çürümüş xətlər dəyişdirilir. Bu proses həm bölgələrdə, həm Bakıda gedir. “Biz iki istiqamət üzrə hərəkət etməliyik. Əvvəlki illərdə yaradılmış, köhnəlmiş infrastrukturun bərpası və yeni infrastrukturun yaradılması paralel şəkildə aparılır. Yeni texnologiyalar, yeni boru kəmərləri, xətləri var ki, onların ömrü çox uzundur və biz onlardan istifadə edirik”.
Elektrik enerjisi təchizatından danışan prezident deyib: “Artıq biz özümüzü elektrik enerjisi ilə tam təmin etmişik, bu gün də bu məsələ aktualdır. Çünki ölkə iqtisadiyyatı artır, bizim strateji inkişaf planımız, strateji baxışlarımız vardır. Biz bilirik ki, 10 ildən, 20 ildən sonra iqtisadiyyatımız sürətlə artacaq. Yeni müəssisələr, biznes üçün yaradılan yeni şərait gözəl imkanlar açır. Beləliklə, bizdə tələbat daim artacaq, daxili istehlak daim artacaqdır. Bizdə mövcud olan enerji gücləri daxili istehlakdan ən azı 10 faiz artıq olmalıdır. Baxmayaraq ki, biz bu gün enerji təhlükəsizliyimizi təmin etmişik və xaricə ixrac edirik, hazırda böyük layihələr icra edilir. Onlardan ən böyüyü Şirvan şəhərində yerləşən 780 meqavat gücündə “Cənub” Elektrik Stansiyasıdır. Bu stansiya bu il istifadəyə verilməlidir. Şüvəlan qəsəbəsində yerləşən 400 meqavat gücündə “Şimal-2” stansiyasının təməli keçən il qoyulmuşdur və gələn il istifadəyə verilməlidir”.
Dövlət başçısının fikrincə, bu il 25 meqavat gücündə Füzuli Su Elektrik Stansiyası istismara verilməlidir. Gələn il Taxtakörpü Su Anbarında 25 meqavat gücündə Su Elektrik Stansiyası istifadəyə verilməlidir. Azərbaycanda günəş panelləri istehsal edən müəssisə yaradılır. Günəş-külək enerjisindən daha da geniş şəkildə istifadə etməliyik və Bakıda 300 meqavat gücündə yeni elektrik stansiyasının tikintisi də nəzərdə tutulur. Bu il texniki layihələndirmə işləri aparılmalıdır. Eyni zamanda, bu ilin investisiya proqramında ötürücü xətlərin bərpasına vəsait nəzərdə tutulur. Ötürücü xətlərin müəyyən hissəsi nasaz vəziyyətdədir. Bölgələrdə külək əsən kimi bəzən dirəklər yıxılır və kəndlər işıqsız qalır. Ona görə “Azərenerji”yə göstəriş verilib ki, bu sahəyə xüsusi diqqət göstərilsin və dövlət büdcəsi tərəfindən dəstək veriləcək.
Bu il və gələn il yenə də meliorasiya məsələləri diqqət mərkəzindədir. Bu barədə artıq deyildi. İki böyük layihə icra edilir. Həm bu sahədə ən böyük layihələr və bəlkə də ölkə miqyasında, qeyri-neft sektorunda ən böyük investisiyalar məhz bu sahəyə yönəldilir. Biz iki böyük su anbarı yaradırıq. Əslində böyük göllər yaradılır - Taxtakörpü və Şəmkirçay anbarları. On minlərlə hektar yeni torpaq sahələri dövriyyəyə daxil ediləcəkdir və beləliklə, kənd təsərrüfatına çox güclü təkan veriləcək.
Heyvandarlığın inkişafı ilə bağlı böyük addımlar atılır. Bu yaxınlarda prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat vəsait ayrılıb ki, yenidən o cins mal-qaranın gətirilməsinə nail olsun. Artıq bir neçə ildir ki, bu proses başlanılıb. Beləliklə, biz böyük dərəcədə mal-qaranın cinsini yaxşılaşdıracağıq. Xaricdən gətirilən mal-qara çox məhsuldardır və çalışmaq lazımdır ki, tədricən böyük heyvandarlıq və südçülük fermer təsərrüfatları yaradılsın.
Prezident bütövlükdə kənd təsərrüfatında müasir texnologiyaları daha da geniş şəkildə tətbiq olunması zəruriliyini vurğulayıb. Bu məqsədlə kənd təsərrüfatında böyük inkişafa nail olmuş ölkələrə heyətlər göndərilir, onların təcrübəsi öyrənilir və ən müasir texnologiyaları ölkəyə gətirilməlidir. İlham Əliyev bildirib: “Necə ki, inşaatda, yol tikintisində, memarlıqda, başqa sahələrdə biz ən müasir texnologiyaları gətiririk, bu sahəyə də gətirməliyik. Onda məhsuldarlıq, hətta indiki torpaq fondunu nəzərə almaqla, məhsuldarlıq böyük dərəcədə artacaqdır. Nəzərə alsaq ki, qeyd etdiyim kimi, böyük meliorasiya layihələri icra edilir, on minlərlə, bəlkə, yüz min hektara qədər yeni torpaq dövriyyəyə veriləcəkdir, görün, kənd təsərrüfatının inkişafı üçün nə qədər şərait yaradılacaq”.
Ərzaq təhlükəsizliyindən danışan prezident deyib ki, Azərbaycan öz daxili istehsalına arxalanmalıdır. Buna imkan var – bizim gözəl torpağımız, zəhmətkeş insanlarımız, dövlət dəstəyi var. Ona görə ərzaq təhlükəsizliyi enerji, nəqliyyat təhlükəsizliyi ilə bərabər çox ciddi məsələdir.
İlham qeyd edib ki, keçmişdə Azərbaycan özünü heç vaxt ərzaq məhsulları ilə təmin etməyib. Sovet dövründə ümumxalq təsərrüfatı kompleksi var idi və bütün əsas ərzaq məhsulları başqa respublikalardan gəlirdi. Qısa müddət ərzində ölkədə ciddi dönüş yaradılıb. Ancaq hələ ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edilməyib, baxmayaraq ki, çox ciddi irəliləyiş var. Prezident qeyd edib ki, kreditlər daha çox o sahələrə verməlidir ki, həmin istehsal daxili tələbatı ödəyə bilsin.
O deyib: “Beləliklə, taxıl istehsalı hazırda tələbatımızın 65% təşkil edir. Görüləcək tədbirlər nəticəsində 2013-cü ilin sonunda 84 faiz olacaq. 84 faiz, yaxşı rəqəmdir, ancaq son rəqəm deyildir. Ət – özümüzü 88 faiz səviyyəsində təmin edirik. 2013-cü ildə proqnoz 95 faiz olacaqdır. Quş əti – hazırda 81 faizdir. Bu yaxınlarda quşçuluğa daha da çox kreditlər verilib. Ona görə də istehsal artıb və 2 ildən sonra, gələn ilin sonuna qədər 92 faiz olmalıdır. Kartof istehsalı artıq 102 faizdir, 114 faiz olacaq. Meyvə - 117 faiz, yəni ki, ixrac potensialı var. Bostan məhsulları 100 faiz, yumurta 77 faiz, gələn ilin sonunda 100 faiz olmalıdır. Şəkər istehsalı 160 faizdir. Ancaq o da həqiqətdir ki, şəkərin xammalı əsasən xaricdən gətirilir. Ancaq bununla bərabər, daxili istehsal 160 faizdir, böyük ixrac imkanları var. Azərbaycanda duz istehsalı 47 faizdir, 75 faiz olmalıdır. Süd və süd məhsulları hazırda tələbatımızın 70 faizini ödəyir, gələn ilin sonunda təxminən 80 faiz olacaq. Bitki yağı – 65 faiz, kərə yağı 50 faizdir. Bu da artmalıdır. Yəni bu, əsas ərzaq məhsullarıdır və bu rəqəmlər nəyi göstərir. Birinci növbədə onu göstərir ki, doğrudan da çox ciddi dönüş yaradılıb. İkinci nəticə ondan ibarətdir ki, gələn ilin sonuna aid gətirdiyim rəqəmlər, artıq reallığa əsaslanır. Bu, bizim niyyətimiz deyil. Veriləcək kreditlər hesabına və işə salınacaq yeni müəssisələrin fəaliyyəti nəticəsində bu, belə olacaq. Ancaq, eyni zamanda, rəqəmlər onu göstərir ki, biz bəzi pozisiyalar üzrə hələ ki, daxili tələbatı ödəyə bilmirik. Ola bilər ki, buna 4-5 il vaxt lazım olacaq. Ancaq biz bunu təmin etməliyik. Həm kərə yağı, həm bitki yağı, həm taxıl – biz bunu təmin etməliyik. Əlbəttə ki, biz investisiya planlarımızı müzakirə edərkən, ilk növbədə, bax, bu cədvəli qabağımıza qoymalıyıq və kənd təsərrüfatının inkişafını bunun əsasında təmin etməliyik”.
Prezident ümidini bildirib ki, ölkə 2015-ci ilə qədər əsas ərzaq məhsulları ilə özünü 100 faiz təmin edəcək. Həm kreditlər veriləcək, yeni torpaqlar dövriyyəyə daxil ediləcək və s. Ondan sonra yeni bazarlara daha da böyük həcmdə öz məhsullarımızı çıxarmalıyıq. “Mən artıq İqtisadi İnkişaf Nazirliyinin qarşısında belə vəzifə qoydum ki, yeni bazarların araşdırılması prosesi indidən başlanmalıdır. İndidən ki, biz hazırlıqlı olaq. 2015-2016-cı illərdə bizim çox böyük həcmdə ixracyönümlü kənd təsərrüfatı məhsulumuz olacaq. Biz onları ixrac etməsək, onda kənd təsərrüfatının inkişafını təmin edə bilmərik. Çünki daxili bazar dolacaq, - düzdür, əhali artır, tələbat artır, amma o qədər də böyük həcmdə artmır. Bizdə əhali hər il 1,5, 1,7 faiz artır. Ona görə yeni bazarlara çıxışımız olmasa, bu, kənd təsərrüfatının inkişafını məhdudlaşdıracaq. Yeni bazarlara çıxış üçün işləməliyik, işləyirik və bu məsələdə müvafiq qurumlar əlaqəli şəkildə işləməlidirlər. Biz idxalı əvəzləyəcəyik, eyni zamanda, ixracyönümlü məhsullarla başqa ölkələrin bazarlarına çıxmalıyıq”. Prezident vurğulayıb ki, Azərbaycanın dünyadakı tərəfdaşların sayı artır. Azərbaycan ilə əməkdaşlıq etmək istəyənlərin sayı artır, biz də istəyirik əməkdaşlığımızı genişləndirək və öz məhsullarımızla yeni bazarlara çıxaq - həm ənənəvi bazarlara, həm yeni bazarlara. O bildirib ki, ölkə xüsusilə Avropa bazarlarına kənd təsərrüfatı məhsulları ilə çıxmalıdır. İlham Əliyev deyib: “Bunun üçün təkcə bizim istəyimiz kifayət deyildir. Bunun üçün keyfiyyətli məhsullar yetişdirilməlidir. Bizim kənd təsərrüfatı məhsullarımız – meyvələr, tərəvəz keyfiyyətlidir, təbiidir, tərkibində heç bir kimya yoxdur, olmamalıdır. Bu da çox vacib məsələdir. Biz kəmiyyət dalınca qaçmamalıyıq. Çünki indi kəmiyyət dalınca qaçanlar keyfiyyəti itirirlər. Elə olmasın ki, bir neçə ildən sonra bizdə də bu meyvə-tərəvəz süni dad versin, necə ki, bəzi ölkələrdə yeyəndə heç bilmirsən hansı meyvədir, ya tərəvəzdir. Ona görə biz bu təbiiliyi, keyfiyyəti mütləq saxlamalıyıq, kəmiyyəti keyfiyyətin hesabına artırmamalıyıq. Emal müəssisələrimiz indi çox müasirdir, xüsusilə son illər ərzində tikilən müəssisələr. Orada bütün sertifikatlar, standartlar olmalıdır. Avropa İttifaqının bazarlarına çıxmaq üçün biz elə müəssisələr yaratmalıyıq ki, bu imkanlar olsun. Yəni, bu, çox ciddi məsələdir. Bu, bu günün məsələsi deyil, gələcəyə yönəlmiş bir məsələdir. Amma biz bununla bu gün məşğul olmasaq, gecikərik”.
İnşaat materiallarının istehsalının artırması barədə danışan prezident deyib ki, hazırda Azərbaycanda sement istehsalı daxili tələbatın 44 faizini təmin edir, 2013-cü ildə 75 faiz, 2014-cü ildə 125 faiz olacaq. Azərbaycanda tikilməkdə olan yeni sement zavodları istifadəyə veriləcək və 2 ildən sonra ölkədə 25 faiz əlavə ixrac məhsulu olacaq.
Ondan başqa, dövlətin dəstəyi ilə yaradılan böyük müəssisələr işə düşür. Gəncədə alüminium zavodu açılıb, 50 min ton yüksək keyfiyyətli alüminiumun istehsalı təmin edilir.
Kimya sənayesində texnoparkın yaradılması prosesi başlanılıb. Böyük neft-kimya kompleksi tikiləcək. “Azərikimya”ya bütün göstərişlər verilib, Sumqayıtda torpaq sahələri ayrılıb. Kimya sənayesində də hazır məhsulun buraxılmasına nail olunacaq. Sumqayıt texnoparkı fəaliyyət göstərir, orada 10-a yaxın müəssisə fəaliyyətdədir, minlərlə iş yeri açılıb, hazır məhsul da istənilən ölkəyə ixrac edilə bilər. Bir texnopark da Balaxanıda məişət tullantılarının yandırılması zavodunun yanında yaradılacaq. Orada da iş yerləri açılacaq və bir sahəni də Balaxanı texnoparkı öz üzərinə götürəcək.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan şirkətlər xarici bazarlar çıxmalıdırlar. Hazırda Dövlət Neft Şirkəti xaricdə fəal işləyir. Çalışmaq lazımdır ki, digər dövlət şirkətləri xarici bazarlarda işləsinlər. “Mən hesab edirəm ki, bizim aviaşirkətimiz “AZAL” xarici bazarlara çıxmalıdır, baxmalıdır, bəlkə hansısa başqa aviaşirkəti almaq olar. Hansısa başqa ölkələrdə iş qurmaq olar, yəni, bu da dövlət dəstəyi hesabına mümkün olacaq. “Azərenerji”, - düzdür, indi daxildəki layihələrlə məşğuldur və bu da təbiidir. Amma vaxt gələcək daxildə bu layihələr başa çatacaq və onunla paralel olaraq xarici bazarlara çıxmalıdır. Bizim Dövlət Neft Şirkəti bəzi ölkələrdə qaz şəbəkəsini artıq idarəçiliyə götürmüşdür. “Azərenerji” şirkəti də bu istiqamətdə addımlar ata bilər. Xəzər Gəmiçiliyi xarici fəaliyyətini genişləndirməlidir, ölkə daxilində dövlət tərəfindən verilən vəsait hesabına bərələr, tankerlər, gəmilər alınır. Biz eyni sistemi xaricdə də yarada bilərik. Bu barədə də düşünmək lazımdır”.
İlham Əliyev deyib ki, eyni zamanda, özəl şirkətlərə də kömək göstərmək lazımdır ki, xarici bazarlara çıxsınlar. O bildirib: “Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi birgə işləsinlər və mənə konkret təklif versinlər. Mən birinci dəfə deyil ki, bu barədə danışıram. Ancaq hələ ki, mən belə real nəticə görmürəm. Mənə konkret təkliflər verilsin. Bizim başqa ölkələrlə hökumətlərarası komissiyalarımız var. O komissiyalarda bu məsələ müzakirə edilməlidir. Azərbaycan şirkətləri üçün tərəfdaş olduğumuz ölkələrdə xüsusi güzəştli şərait yaradılmalıdır. Biz hesab edirik ki, bu, ədalətli olar. Beləliklə, biz özəl şirkətləri də xarici bazarlara çıxarmalıyıq. Bizim banklar xarici bazarlara çıxmalıdır, çıxır, daha da sürətlə çıxmalıdır. Bir yox, iki yox, beş, on bankımız niyə başqa ölkələrdə işləməsin?! Niyə orada böyük mövqelərə nail olmasın?! Dövlət öz tərəfindən dəstək verəcəkdir. Lazım olsa siyasi dəstək də, başqa dəstək də veriləcək”.
Prezidentin sözlərinə görə, ikinci Dövlət proqramı uğurla icra ediləcək. 2013-cü ilə qədər bütün məsələlər öz həllini artıqlaması ilə tapacaq. Bu barədə heç kimin şübhəsi olmamalıdır və yoxdur. Biz strategiyamızı müəyyən etmişik və növbəti onillik üçün strateji inkişaf planımızı hazırlamalıyıq - 2013-2023-cü illəri əhatə edən strateji inkişaf planı.
Hədəf ondan ibarətdir ki, növbəti 10 ildə - 2013-2023-cü illərdə Azərbaycan əhalisi yüksək gəlirli ölkəyə çevrilməlidir. İlham Əliyev bildirib: “Növbəti 10 il ərzində qarşıya hədəf qoymalıyıq ki, ümumi daxili məhsul 2 dəfə artsın. Bu çox böyük, çətin hədəfdir. Nəzərə alsaq ki, ümumi daxili məhsulumuz artıq 3 dəfə artmışdır, indi 3 dəfə artmış iqtisadiyyatı daha 2 dəfə artırmalıyıq. Yaxşı başa düşürük ki, artıq neft və qazın hesabına bunu artırmaq mümkün olmayacaq. Çünki biz neft hasilatının yüksək həddinə çatmışıq, ondan çox artırmaq da lazım deyildir. Mən hesab edirəm ki, hasilatı bu səviyyədə saxlamalıyıq ki, daha da uzun müddət ərzində insanlarımız bundan istifadə etsinlər. Ancaq biz buna qeyri-neft sektorunun hesabına nail ola bilərik. 2013-2023-cü illərdə dövlət və özəl qurumların birgə fəaliyyəti yeni mərhələyə qədəm qoyacaq. Yəni, dövlət və özəl qurumların birgə fəaliyyət planı işlənməlidir.
Əlbəttə, biz Dövlət İnkişaf Proqramımızı qəbul edəcəyik. 2014-2018-ci illəri əhatə edən beşillik proqram qəbul ediləcək. Amma eyni zamanda, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə strateji istiqamətləri yenidən işlənməlidir”.
Dövlət başçısı deyib ki, ölkənin uğurlarına sevinənlərin sayı kifayət qədər çoxdur. Amma istəməyən qüvvələr də, bədxahlar da var. Onları da bir neçə qrupa bölmək olar. Birinci növbədə bizim əsas düşmənlərimiz dünya erməniliyi və onların təsiri altında olan riyakar, korrupsioner, rüşvətxor siyasətçilərdir. İlham Əliyev bildirib: “O siyasətçilər ki, həqiqəti görmək istəmir və müxtəlif yerlərdə Azərbaycanı ləkələməklə məşğuldurlar. Bəzi parlamentlərin erməni lobbisinin pulu ilə dolanan üzvləri, bəzi siyasi xadimlər və sair. Onların hamısını biz yaxşı bilirik. Onların heç adlarını çəkmək lazım deyildir. Bir qrup onlardır. Digər qrup, ümumiyyətlə, Azərbaycanın müstəqil siyasətini qəbul etməyənlərdir. Yəni, qəbul etmirlər ki, Azərbaycan müstəqil siyasət apara bilsin. Biz müstəqil siyasət aparırıq və aparacağıq. Bu siyasət, bir daha demək istəyirəm ki, Azərbaycan xalqının maraqlarına xidmət edir. Başqa heç kimin maraqlarına xidmət etmir və etməyəcək. Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Bu maraqları təmin etmək üçün biz mübarizəmizi aparırıq və apacağıq. Nəticələr və yaxın tarix göstərir ki, biz hətta təkbaşına mübarizədə qalib gələ bilirik.
Üçüncü qrup isə sadəcə olaraq bizə paxıllıq edənlərdir. İndi Azərbaycanın reallıqları belədir ki, doğrudan da bizim tariximiz inkişaf edir və uğurlar tarixidir. Baxın, biz son müddət ərzində həm siyasi, həm iqtisadi sahədə nə qədər böyük nailiyyətlərə çatmışıq. Bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin reytinqləri aşağı düşdüyü halda, bəzi inkişaf etmiş ölkələr defolt ərəfəsində olduğu halda, “Standard & Poor`s” Azərbaycanın kredit reytinqini qaldırır.
Dünyanın iqtisadi sahədə ən mötəbər “beyin mərkəzi” olan Davos Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 55-ci yerə layiq görür, bütün MDB məkanında birincidir. Bu, hansısa qondarma qeyri-hökumət təşkilatı deyil ki, ağzına gələni danışsın. Dünya İqtisadi Forumu dünya şöhrətli beynəlxalq təşkilatdır, bu da onların rəyidir”.
Azərbaycan gənc müstəqil ölkə olduğunu vurğulayan prezident qeyd edib ki, ölkə artıq dünyanın ən birinci qurumu olan BMT-nin Təhlükəsizlik Şurasının üzvüyük. Biz haqq çətin mübarizədə qazanılıb. Beynəlxalq ictimaiyyət Birləşmiş Millətlər Təşkilatıdır, orada 200-ə qədər ölkə var. Onların 155-i Azərbaycanı dəstəkləyib. Bu böyük siyasi uğurudur və biz artıq dünyada gedən bütün proseslərə öz təsirimizi göstəririk, öz sözümüzü deyirik.
Ondan sonra “Böyük iyirmilik”in xarici işlər nazirlərinin toplantısına Azərbaycanı dəvət edilib. Bu onu göstərir ki, ölkəmiz dünya üçün çox əhəmiyyətlidir. İlham Əliyev bildirib: “Biz dünyanın ən gözəl şəhərlərindən birində yaşayırıq. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Tarixən belə olub, indi də biz böyük əmək qoymuşuq, şəhərimizi daha da gözəlləşdirmişik. Üstəgəl bizim istedadlı gənclərimizin uğuru, “Eurovision” yarışmasında uğuru bütün Azərbaycan xalqının, dövlətimizin uğurudur”.

Daxili siyasət
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB