Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası üzvlüyünə namizədlərin müəyyənləşməsi üçün ixtisaslaşmış QHT qrupları üzrə seçkilərə start verilib - FOTO

QHT-lərə Dövlət Dəstəyi Şurası üzvlüyünə namizədlərin müəyyənləşməsi üçün ixtisaslaşmış QHT qrupları üzrə seçkilərə start verilib - <font color=red>FOTO</font>
# 29 fevral 2012 09:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası üzvlüyünə namizədlərin müəyyənləşməsi üçün ixtisaslaşmış QHT qrupları üzrə seçkilərə start verilib. APA-nın məlumatına görə, şuranın icraçı direktoru Fərasət Qurbanov deyib ki, fevralın 17-nə qədər 8 ixtisaslaşmış QHT qrupları üzrə keçiriləcək seçkilərdə iştirak etmək istəyən 568 təşkilat sənədlərini şuraya təqdim edib.

F. Qurbanov bildirib ki, “İnsan hüquqları və demokratiya qrupu” üzrə keçiriləcək seçki zamanı 65 ixtisaslaşmış QHT qeydiyyatdan keçib, onlardan 60-ı səsverməyə qatılmaq üçün toplantıya qatılıb. Səslənən təkliflərə əsasən “İnsan hüquqları və demokratiya qrupu üzrə” ixtisaslaşmış QHT-lər üzrə Azərbaycan-Skandinaviya Əməkdaşlıq İctimai Birliyinin sədri Nigar Atabəylinin, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədovun, Bərabər İmkanlar Mərkəzinin sədri Rafiq Təmrazovun, Ahıl Ziyalılara Qayğı İctimai Birliyinin sədri Nəsrulla Nurullayevin namizədlikləri irəli sürülüb. Qapalı keçirilən seçki zamanı Nigar Atabəyli 9, Sahib Məmmədov 52, Rafiq Təmrazov 25, Nəsrulla Nurullayev 17 səs toplayıb.

Səsvermənin yekunları elan olunduqdan sonra F. Qurbanov bildirib ki, daha çox səs toplayan 3 namizəddən birinin şura üzvlüyünə təsdiqlənməsi üçün seçkinin yekunları prezident İlham Əliyevə təqdim olunacaq.

Qeyd edək ki, Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının əsasnaməsinə görə, qurum üzvlüyünə namizədlərin müəyyənləşməsi üçün ixtisaslaşmış 8 QHT - “İnsan hüquqları və demokratiya”, “Ailə, qadın və uşaq məsələləri”, “Qaçqın, köçkün, əlil və veteranların məsələləri”, “İqtisadi və sosial məsələlər”, “Təhsil, elm və mədəniyyət”, “Gənclər və vətənpərvərlik tərbiyəsi”, “Səhiyyə, sağlamlıq və ekologiya” və “Narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə” qrupları üzrə seçkilər keçirilir. Seçkilərdə ən çox səs toplayan 3 namizəd müəyyənləşərək onlardan birinin təsdiqi üçün ölkə başçısına təqdim olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR