Bank Of Baku

Kanada Federal parlamentində hakim Mühafizəkarlar partiyasının üzvü Xocalı faciəsi ilə bağlı bəyanat səsləndirib

Kanada Federal parlamentində hakim Mühafizəkarlar partiyasının üzvü Xocalı faciəsi ilə bağlı bəyanat səsləndirib
# 01 mart 2012 22:19 (UTC +04:00)
Bakı-APA. Kanada Federal Parlamentinin və hakim Mühafizəkarlar partiyasının üzvü Ras Hibert (Russ Hiebert) parlamentin İcmalar Palatasının iclası zamanı Xocalı faciəsi ilə bağlı bəyanat səsləndirib.
Kanadadakı Azərbaycan səfirliyindən APA-ya verilən xəbərə görə,
Xocalı faciəsi ilə bağlı bəyanatda erməni silahlı qüvvələri tərəfindən 20 il öncə yüzlərlə dinc sakinin qətlə yetirildiyi və Kanadanın da bu qətliamı xatırladığı qeyd olunub. Xocalı qırğınının Dağlıq Qarabağ münaqişəsi ərzində törədilmiş dəhşətli faciələrdən biri olduğu bəyanatda xüsusilə vurğulanıb.

Bəyanatda münaqişə nəticəsində 30 min hərbi qulluqçu və mülki vətəndaşın qətlə yetirildiyi və bir milyondan artıq insanın öz yerlərini tərk etdikləri göstərilib.

Bəyanatda Dağlıq Qarabağ bölgəsinin hələ də Ermənistanın işğalı altında olduğu xüsusilə qeyd olunub.

Bəyanatın sonunda uzun müddətdir davam edən münaqişənin sülh yolu ilə tənzimlənməsinə ümidin olduğu vurğulanıb və problemin danışıqlar masası ətrafında tənzimlənməsi məqsədilə tərəflərə çağırış səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR