Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası üzvlüyü üçün “Gənclər və vətənpərvərlik tərbiyəsi məsələləri üzrə” qrupda seçki keçirilib

QHT-lərə Dövlət Dəstəyi Şurası üzvlüyü üçün “Gənclər və vətənpərvərlik tərbiyəsi məsələləri üzrə” qrupda seçki keçirilib
# 02 mart 2012 16:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası üzvlüyünə ixtisaslaşmış daha bir QHT qrupunda seçki keçirilib. APA-nın məlumatına görə, “Gənclər və vətənpərvərlik tərbiyəsi məsələləri üzrə” qrupda 128 QHT nümayəndəsinin iştirakı ilə 7 namizəd arasında seçki keçirilib.

Seçkidə Şahin İsmayılov (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri) 72 səs, Əkbər Yolçuyev (Dünya Gənc Türk Yazarlar Birliyinin sədri) 70 səs, Asif Əsgərli (Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri) 49 səs qazanıb. Daha çox səs toplayan bu namizədlərin birinin şura üzvlüyünə təyinatının təsdiqi üçün seçkinin yekunları prezident İlham Əliyevə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR