Bank Of Baku

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 05 mart 2012 13:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Qubada baş verən hadisələrə bir daha münasibət bildirilib, hakimiyyət siyasi sistemin demokratik əsaslar üzrə qurulması yönündə təxirəsalınmaz addımlar atmağa çağırılıb.

Rusiyada keçirilən prezident seçkilərinə münasibət açıqlayan toplantı iştirakçıları seçkilərin azad, bərabər və ədalətli keçirilməməsindən, demokratik müxalif qüvvələrin seçkidən kənar saxlanılmasından və seçkilərin total saxtalaşdırılmasından ciddi narahatlıq ifadə edilib. Eyni zamanda İdarə Heyəti Rusiya xalqının əksərinin bu seçkilərə qatılmaması faktını Vladimir Putinin növbəti prezidentliyinin qeyri-legitim olması kimi dəyərləndirib. İranda keçirilən parlament seçkilərinə münasibət bildirən partiya parlamentdə mühafizəkar çoxluğun qələbə çalmasını bu ölkənin demokratik islahatlara hazır olmaması kimi qiymətləndirib.

İdarə Heyəti üzvləri Fransa Konstitusiya Şurasının adı çəkilən ölkənin parlamentində qəbul edilən qondarma erməni soyqırımını inkar edənlərə cəza müəyyənləşdirən qanunu ləğv etməsini təqdir edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR