Bank Of Baku

Vidadi Mirkamal: “KXCP İctimai Palatadan geri çəkildi”

Vidadi Mirkamal: “KXCP İctimai Palatadan geri çəkildi”
# 06 mart 2012 15:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Hazırda İctimai Palatanın rəhbərliyində cəmi üç partiyanın nümayəndəsi təmsil olunur. Bunlar Müsavat Partiyası, AXCP və Vətəndaş Həmrəyliyi Partiyasıdır”. APA-nın xəbərinə görə, bunu İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Vidadi Mirkamal palatanın regional təşkilatlarının respublika müşavirəsində deyib. O bildirib ki, AMİP əvvəlcə İP-də təmsil olunsa da, sonradan təşkilati işlərdən uzaqlaşıb, hazırda AMİP-in bəzi üzvləri İP-nin sıravi üzvləridir: “Klassik Xalq Cəbhəsi Partiyası da əvvəl İctimai Palatanın təşkilatlanma işlərində təmsil olunurdu, sonradan geri çəkildi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR