Bank Of Baku

Milli Məclis “Azərbaycanla ABŞ arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" sazişdə dəyişikliklər edilməsi barədə" protokolu təsdiqləyib

Milli Məclis “Azərbaycanla ABŞ arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" sazişdə dəyişikliklər edilməsi barədə" protokolu təsdiqləyib
# 07 mart 2012 14:21 (UTC +04:00)
APA-nın xəbərin görə, təklif edilən dəyişikliklər barədə Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O bildirib ki, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub və onların tələblərinə uyğun olaraq hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi Azərbaycan qanunvericiliyində əksini tapmalı və konvensiyaların müddəalarına uyğunlaşdırılmalıdır. Ə. Hüseynli qeyd edib ki, hüquqi şəxslər törətdikləri cinayətə görə və vurduqları ziyana görə cərimə, azadlıqdan məhrum etmə, xüsusi müsadirə və hüquqi şəxsin ləğv edilməsi məsələsi nəzərdə tutulur. Onun sözlərinə görə, cərimələrin miqdarı 50 mindən 200 min manatadək qaldırıla, cinayətin dərəcəsinə görə hüquqi şəxs 2-5 il azadlıqdan məhrum edilə, cinayəti ağır olarsa, əmlakı müsadirə olunmaqla hüquqi şəxs statusu da ləğv edilə bilər.

Bundan başqa, iclasda "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişdə dəyişikliklər edilməsi barədə" Protokol təsdiqlənib. Həmiçinin "Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi səs qoyularaq qəbul olunub.

Bununla da Milli Məclisin iclası başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR