Bank Of Baku

Azərbaycan prezidenti Astara Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib

Azərbaycan prezidenti Astara Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib
# 13 mart 2012 10:16 (UTC +04:00)
APA-nın məlumatına görə, dövlət başçısı xəstəxananın təmirdən əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxıb. Məlumat verilib ki, 1983-cü ildə tikilən üçmərtəbəli xəstəxana binası sonralar yararsız hala düşüb. Ayrılan dövlət vəsaiti hesabına 90 çarpayılıq xəstəxana əsaslı şəkildə təmir olunaraq yenidən qurulub və ən müasir tibbi avadanlıqla təchiz edilib.
Xəstəxanada qəbul, mama-ginekologiya, cərrahiyyə, reanimasiya, intensiv terapiya şöbələri, yeni doğulan uşaqların intensiv terapiya palatası, ultrasəs müayinə kabineti, palatalar, əməliyyat blokları, iki əməliyyat zalı, iki intensiv terapiya palatası, mətbəx, bufet və xidməti otaqlar fəaliyyət göstərir.

Dövlət başçısı xəstəxananın kollektivi ilə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR