Bank Of Baku

Ruslan Bəşirli əfv olunması üçün Azərbaycan prezidentinə müraciət edib - FOTO

Ruslan Bəşirli əfv olunması üçün Azərbaycan prezidentinə müraciət edib - <font color=red>FOTO</font>
# 14 mart 2012 12:01 (UTC +04:00)
APA-nın xəbərinə görə, R. Bəşirli məktubunda həbsdə olduğu müddət ərzində tam islah olduğunu qeyd edib: “Cənab Prezident! Mən Bəşirov Ruslan Cəlil oğlu 2005-ci il avqustun 4-də həbs olunmuş və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişəm. Artıq cəzamın 6 il 7 ayını çəkmişəm. Bu illər ərzində etdiyim cinayətin məsuliyyətini anlayaraq səhvimi başa düşmüşəm. Həmin dövrdə olduqca gənc və bu səbəbdən də çılğın olduğum üçün sizi və bizi istəməyən qüvvələrin təsirinə düşmüşəm. Artıq bu illər ərzində keçmişi analiz edərək, səhvlərimi dərk etmişəm. Təbii ki, bunda son illət rəhbərliyiniz altında aparılan müsbət yönlü fəaliyyətin də böyük rolu olub. Aparılan daxili və xarici siyasətdəki uğurunuz göz önündədir. Bunu kimsə dana bilməz. Rəhbərliyiniz altında aparılan fəaliyyətin nəticəsində ölkədə işsizlik problemi böyük ölçüdə həll edilmiş, yeni istehsal sahələri qurulmuş, büdcə təşkilatlarında çalışan xeyli sayda insanın əmək haqları artırılmışdır. Bakı şəhəri və ölkənin digər regionları əsaslı şəkildə yenidən qurulmuşdur və sairə...

Eyni zamanda fəaliyyətiniz nəticəsində Azərbaycanın nüfuzu xaricdə artmış, nüfuzlu nəşrlər və təşkilatlar tərəfindən sizin fəaliyyətiniz müsbət yönümdən əks etdirilmiş, Azərbaycan bir sıra beynəlxalq təşkilatlarda layiqincə təmsil olunmuşdur.
Cənab Prezident! Mən də tamamilə islah olunmuş bir Azərbaycan gənci olaraq apardığınız müsbət tendensiyalı fəaliyyətinizə öz dəstəyimi ifadə edirəm. Bu dəstəyimi azadlıqda da davam etdirmək fikrindəyəm. Mənə etimad göstərib azadlığa çıxmama səbəb olacağınız təqdirdə bacardığım sahədə çalışıb, sizin fəaliyyətinizi dəstəkləyəcəyəm.

Qeyd edim ki, ailə üzvlərim də həsrətlə mənim yolumu gözləyirlər. Sizdən ailə vəziyyətimi də nəzərə almağınızı xahiş edirəm. Onu da bildirim ki, mənim həbsdə olmağıma baxmayaraq ailə üzvlərim sizin fəaliyyətinizi hər zaman dəstəkləyiblər.
Cənab Prezident! Yuxarıda göstərilənləri nəzərə alaraq xahiş edirəm ki, mənim əfv edilməm barədə sərəncam verəsiniz. Onu da qeyd edim ki, bundan sonra sizin fəaliyyətinizi qısqanclıqla qarşılayan qüvvələrə qoşulmayacağam. Təbii ki, bura özlərini müxalifət adlandıran qüvvələr daxildir”.

Qeyd edək ki, R. Bəşirli Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə ittiham edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR