Bank Of Baku

İctimai Palatanın mitinqinin yeri ilə bağlı qərar Koordinasiya Şurasının növbəti iclasında veriləcək

İctimai Palatanın mitinqinin yeri ilə bağlı qərar Koordinasiya Şurasının növbəti iclasında veriləcək
# 14 mart 2012 15:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün İctimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib.

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamalın APA-ya verdiyi məlumata görə, iclasda təşkilatı məsələlərə daha çox yer ayrılıb. Belə ki, regional təşkilatlarının, o cümlədən qəsəbə və kəndlərdə bölmələrinin yaradılması məsələsinə dair müzakirələr aparılıb və prosesin qısa zamanda həyata keçirilməsinə dair qərar verilib.

Toplantıda İP-in mitinqə hazırlığı məsələsi də müzakirə mövzusu olub. V. Mirkamal deyib ki, mitinqin yeri ilə bağlı məsələnin müzakirəsi Koordinasiya Şurasının növbəti iclasına saxlanılıb: “İclasda bir qrup gənclər təşkilatının martın 17-nə təyin etdiyi mitinqə dəstək verdiyi və hökumətdən aksiyaya yer ayrılmasının tələbi də irəli sürülüb”.

İclasda jurnalist Xədicə İsmayılova ilə bağlı video görüntünün yayılmasını pisləyən bəyanat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR