Bank Of Baku

“Milli təhlükəsizliyin qorunmasında gənclərin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib

“Milli təhlükəsizliyin qorunmasında gənclərin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib
# 15 mart 2012 10:53 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində “Milli təhlükəsizliyin qorunmasında gənclərin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, universitetin rektoru, Milli Məclisin üzvü Gülçöhrə Məmmədova ölkədə sabitlik olduğunu, Azərbaycanın gündən-günə inkişaf etdiyini söyləyib: “Təbii ki, bugünkü vəziyyətdə dövlətimizin, xalqımızın keşiyində duran hüquq-mühafizə orqanlarının da rolu var. Azərbaycanda milli təhlükəsizlik orqanlarının yaranmasının 93-cü ildönümü tamam olur. Bu günlərdə mili təhlükəsizlik orqanlarının Azərbaycana qarşı hazırlanan təxribatların qarşısını vaxtında alması barədə məlumatlar öyrəndik. Əlbəttə, ölkəmiz nə qədər inkişaf edəcəksə, onun uğurlarını gözü götürməyənlər, uğurlara kölgə salmaq istəyənlər, təxribat törətmək istəyənlər də olacaq. Amma əsas odur ki, bizim mili təhlükəsizlik orqanları bu cür halların qarşısını vaxtında alır”.

G. Məmmədova təəssüflə qeyd edib ki, Azərbaycanın daxilində də ölkədəki stabilliyi pozmaq istəyənlər var.

Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Əli Şəfiyev çıxışında Azərbaycan milli təhlükəsizlik orqanlarının fəaliyyətindən danışıb. O, MTN-in Ermənistan xətti üzrə əldə edilən nailiyyətləri xüsusi vurğulayıb. Nazir müavini bildirib ki, hazırda Milli Təhlükəsizlik Nazirliyi 50-dən çox ölkənin müvafiq qurumları ilə əməkdaşlıq edir. Milli təhlükəsizliyin qorunmasında gənclərin rolundan danışan Ə. Şəfiyev onları Novruz bayramı münasibətilə təbrik edib.

Milli Məclisin üzvü Aydın Mirzəzadə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin məzunu olmaqdan məmnunluğunu dilə gətirib. O, mövzu ətrafında çıxış edib və Azərbaycanın inkişafından danışıb.

Tədbirdə ali məktəbin magistr və tələbələri də çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR