Bank Of Baku

Azərbaycan prezidentinin əfv etdiyi şəxslər arasında Ruslan Bəşirov və Elnur İsrəfilov da var

Azərbaycan prezidentinin əfv etdiyi şəxslər arasında Ruslan Bəşirov və Elnur İsrəfilov da var
# 15 mart 2012 16:56 (UTC +04:00)
APA-nın məlumatına görə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş ümumilikdə 55 nəfər cəzanın çəkilməmiş hissəsindən, 6 nəfər, cərimə cəzasından, 1 nəfər isə islah işlərindən azad edilib.

Əfv olunanlar sırasında üç əcnəbi də var. Hər üç şəxs Gürcüstan vətəndaşıdır.

Əfv edilənlərin 60-ı kişi, 2-si qadındır.

Əfv olunanların sırasında AXCP-nin iki üzvü də var. Bunlar Ruslan Bəşirov və Elnur İsrəfilovdur.

R. Bəşirov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin 2006-cı il 12 iyul tarixli hökmü ilə 7 il müddətinə məhkum edilib. O, Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə ittiham edilib.

İsrəfilov Elnur Arif oğlu isə Səbail Rayon Məhkəməsinin 2011-ci il 25 avqust tarixli hökmü ilə Cinayət Məcəlləsinin 186.1, 233, 663-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. O, İctimai Palatanın 2 aprel 2011-ci il tarixdə keçirilmiş razılaşdırılmamış aksiyası zamanı saxlanılıb.

Hər iki şəxs əfv olunması üçün Azərbaycan prezidentinə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR