Orxan Əkbərov: “Xaricdə təhsil alan azərbaycanlı gəncin həmin ölkədə qalması itki sayılmamalıdır” - MÜSAHİBƏ
- Azərbaycan gənclərinin dövlət proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil alması prosesini necə qiymətləndirirsiniz?
- Məsələyə müqayisəli yanaşdıqda deyə bilərəm ki, təhsil aldığım dövrdə dövlət xətti ilə təhsil proqramı yalnız bir neçə ölkəyə tətbiq olunurdu. Bu proses zamanı isə tələbələrimiz müxtəlif çətinliklərlə üzləşirdi. Məsələn, təqaüd o qədər az idi ki, işləmək məcburiyyətindı qalırdıq. Digər tərəfdən, Azərbaycanın təbliği üçün işləmək, ölkəmizi təmsil etmək lazım olurdu. Bütün bunlar üst-üstə toplanırdı və bəzən bir tələbə üçün fiziki cəhətdən mümkün olmayan bir hala çevrilirdi. Bu gün isə dövlət büdcəsinin hesabına Azərbaycan gəncləri dünyanın 40-dan çox ölkəsində, ən yaxşı ali məktəblərdə təhsil ala bilir. Onlara verilən təqaüd imkan verir ki, bizim tələbələr təhsildən başqa kənar işlərlə məşğul olmasınlar. Bunu konkret misallarla da göstərmək olar. Diqqətə çatdırım ki, dövlət proqramı çərçivəsində 5 min gənc xarici ölkələrin tədris müəssisələrinə təhsil almaq üçün göndərilməlidir. Hazırda 1100 nəfərdən bir qədər çox gənc bu proqramdan istifadə edib. Deməli 3900 gəncin bu proqramdan sitifadə etmək şansı var. Bu, böyük rəqəmdir. Düşünürəm ki, 5000 tələbə ölkəmizin gələcəyinə böyük töhfələr verə bilər.
- Artıq dövlət proqramı üzrə təhsilini yekunlaşdıraraq ölkəyə qayıdanlar var. Bu gənclərin işlə təmin olunması məsələsi qaneedicidirmi?
- Bununla bağlı monitorinqlərimiz olur. Əlbəttə, xaricdə təhsil alıb ölkəsinə dönən gəncin qısa zamanda işlə təmin olunması həmişə reallaşmır. Bu məsələdə gənclərimizin məsələlərə baxışı da fərqlidir. Bəzən ölkəsinə dönən gənc 1 həftə ərzində işə düzələ bilir, bəzən isə bu müddət 1 il çəkir. Burada onun yiyələndiyi ixtisas, istək və tələbləri, arzuları da xüsusi rol oynayır. Bəzən isə xaricdə təhsil alıb ölkəsinə qayıdan şəxsin yanaşması ilə Azərbaycan standartları üstü-üstə düşməyə bilir. Bu məsələdə birmənalı söz demək olmaz. Xaricdə təhsil alıb qayıdan gənclərimiz özəl sektora daha çox üstünlük verirlər. Səbəb özəl sektorda məvacibin daha yuxarı olmasıdır. Ən yaxşı hal gənclərin iş yeri ilə bağlı seçiminin olmasıdır. Əslində xaricdə təhsil alan gəncin həmin ölkədə qalması da itki sayılmamalıdır. Bu şəxslər illər keçdikcə Azərbaycan üçün lobbiçilik missiyasının həyata keçirilməsində fəaliyyət göstərə biləcək potensial soydaşımız olacaqlar.
- Bu proqramın icrası ilə bağlı əlavə təklifləriniz varmı?
- 5 min gəncin xaricdə təhsil alması çox müsbət haldır. Bununla bağlı bir təklifimiz yoxdur. Amma bəzi universitetlərin və ixtisasların siyahıya salınması ilə bağlı təklifimiz var. Bütün bunların öz əksini tapdığı təkliflər paketi hazırlamışıq. Yaxın vaxtlarda bu təkliflərimizi müvafiq qurumlara təqdim edəcəyik. Bu siyahıda Azərbaycan üçün əhəmiyyətli olan ixtisaslar var ki, gənc kadrlara olan ehtiyac nəzərə alınmalıdır. Etiraf etməliyik ki, bəzən kadr problemi ilə də üzləşirik.
- Təmsil etdiyiniz təşkilatın növbəti forumunun keçirilməsi gözlənilir. Bu tədbir nə ilə yadda qalacaq?
- İlk forum 2011-ci ildə Strasburqda Avropa Şurasının binasında keçirilmişdi. Çox maraqlı tədbir kimi yadda qalmışdı. Növbəti forumun aprelin 6-7-də Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi nəzərdə tutulub. Diaspor və lobbiçilik fəaliyyətinin yeni metodlarına yiyələnmək, inkişaf prosesində aktiv iştirak etmək, o cümlədən ortaq azərbaycançılıq məfkurəsi ətrafında toplaşmaq üçün forum çox gözəl bir platformadır. Forum çərçivəsində gənclərimizin Avropa ölkələrindəki səfirlərlə görüşü, Azərbaycan-Macarıstan gənclər təşkilatlarının birgə müzakirələri təşkil ediləcək. Bu da ölkələrimiz arasında inteqrasiyada mühüm rol oynaya bilər. Forumun rəsmi açılışı isə Macarıstan parlamentində keçiriləcək. Hesab edirəm ki, bu forum zəngin proqramla yadda qalacaq.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
ABB partnyorları ilə görüş keçirib
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib
"InvestAZ"dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə!
Kosovonun sabiq prezidenti Haşim Taçi hərbi cinayətlərə görə 25 il həbs cəzasına məhkum edilib
Zəfərdən ədalət mühakiməsinə: Azərbaycanın yaratdığı tarixi reallıq – TƏHLİL
Növbəti qurultaya hazırlaşan YAP-ın inkişaf tarixində yeni mərhələ - MÖVQE
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib - FOTO - YENİLƏNİB
Ermənistan Konstitusiya Məhkəməsi TRIPP sazişini konstitusiyaya uyğun hesab edib
Şimali makedoniyalı mütəxəssis “Qəbələ”nin yeni baş məşqçisi təyin olunub
Etilen-Polietilen zavodunda gələn il modernizasiya layihəsi üzrə sahə işlərinə başlanılacaq
Aİ Orta Dəhlizin inkişafına 12 mlrd. avroyadək investisiya cəlb etməyi planlaşdırır
ABŞ Belarusun iki şirkətinə qarşı sanksiyaları aradan qaldıracaq, Minsk isə 25 nəfəri azad edəcək
2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Qərbi Azərbaycan İcması erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa çağırıb
Şimali Kiprin dini nümayəndəsi: Türk həmrəyliyinə heç bir qüvvə asanlıqla zərər vura bilməz
TDT rəsmisi Orta Dəhlizdə daşımaların asanlaşdırılmasının yollarından danışıb
“İrşad”da yeni tədris ilinə özəl “Yaşıl Cümə” fürsətləri başladı - VİDEO
Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq - SABAHIN HAVASI
Ramazan Erdağ: Orta Dəhlizin uğuru yalnız yük həcmi ilə deyil, yaratdığı iqtisadi dəyərlə ölçüləcək
Aİ-nin enerji xərcləri Hörmüz boğazındakı vəziyyətə görə 90 milyard avro artıb
Gürcüstan DTX-nin yeni rəhbəri vəzifəsinə təsdiqlənib
AİB-nin Direktorlar Şurasının üzvləri Azərbaycana səfəri çərçivəsində ADY-də olublar
Fərid Şəfiyev: Orta Dəhlizin məqsədi xüsusilə böhran dövrlərində mühüm boşluqları doldurmaqdır
Müdafiə naziri Katz: İsrail Qəzzada "işi bitirəcək"
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Etilen-Polietilen Zavodunda gələn il əsaslı təmir aparılacaq
İstanbulda Azərbaycan məktəbinin açılışı gələn ilə təxirə salınıb
Türkiyə türk dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirmək niyyətindədir
FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Konstantinovkanın nəzarətə götürüldüyünü Putinə məruzə edən generalın ölümü rəsmən təsdiqlənib - YENİLƏNİB
Türk dövlətləri arasında ortaq ödəniş sistemi yaradıla bilər
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb
Kürşad Zorlu Türk dünyası İnkişaf Bankı ilə bağlı detalları açıqlayıb
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
Zelenski: Xaricdə olan 9 milyon ukraynalı ilə seçkiləri necə keçirmək olar?
Yanvar-avqust aylarında 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Qəbələdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Vens: ABŞ Yaxın Şərq siyasətini İsrailə tabe edə bilməz
Türk dövlətləri üçün ortaq inkişaf bankı yaradıla bilər
“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova hökm oxunub
2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin tədris planları təsdiqlənib