Bank Of Baku

Əli Əhmədov: “Azərbaycanda ali məktəblərin sayı artırılmalıdır”

Əli Əhmədov: “Azərbaycanda ali məktəblərin sayı artırılmalıdır”
# 16 mart 2012 10:56 (UTC +04:00)
APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov çıxış edib. O bildirib ki, son 20 il ərzində Azərbaycanda əhalinin sayı 2 milyon nəfər artıb və bu da ildə əhalinin təxminən 100 min nəfər artması deməkdir. Ə. Əhmədovun sözlərinə görə, əgər hazırda ali təhsilə əhalinin 30 faizi cəlb olunursa, gələcəkdə indiki plan üzrə cəmi 25 faiz cəlb olunacaq ki, bu da inkişaf etmiş dünya ilə ayaqlaşmır.

O deyib ki, Azərbaycanın 2020-ci il üçün müəyyənləşdirdiyi inkişaf strategiyasına ali təhsil müəssisələrinin sayının artırılması və ali təhsil alanların faizinin 50 faizə çatdırılması planlaşdırılmalıdır. Ə. Əhmədov vurğulayıb ki, əhalinin sayı ildə 100 min nəfər artırsa, iş yerlərinin də sayı müvafiq qaydada artırılmalıdır.

Ə. Əhmədov hökumətin 2011-ci il üçün hesabatını müsbət dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR