Azərbaycan paytaxtında sabah mitinq keçirəcək bir qrup gənc Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb
16 mart 2012 11:36 (UTC +04:00)
Bu barədə APA-ya Gənclərin Hüquqlarını Müdafiə Komitəsindən (GHMK) bildirilib. Məlumata görə, mitinqin təşkilatçıları – Samir Əsədli, Turqut Qəmbər, Əbülfəz Qurbanlı, Səxavət Soltanlı, Rail Abbasov, Ülvi Həsənli və Cəmil Hacıyev bu gün saat 18.00-da Bakı şəhər Baş Polis İdarəsinə dəvət olublar.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya bildirilib ki, Bakı şəhər İcra Hakimiyyəti həmin gənclərin aksiya keçirmək istəyinə müsbət cavab verib. Polis də öz növbəsində sabah aksiya iştirakçılarının təhlükəsizliyini təmin edəcək. Gənclərin Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunmasında isə məqsəd onları təlimatlandırmaqdır. “Onlara qanunazidd əməllərə yol verməmək və aksiyanın müəyyən edilmiş çərçivədə keçirilmək barədə xəbərdarlıq ediləcək”, - deyə idarədən bildirilib.
Qeyd edək ki, GHMK Bakı Şəhər İcra Hakimiyyətinə aksiya keçirməklə bağlı müraciət edib. Paytaxt meriyası müraciətə baxaraq, kütləvi aksiyanın keçirilməsi niyyətini müsbət qarşılayıb. İcra hakimiyyəti mitinq üçün Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançanı məqbul hesab edib.
GHMK sabah saat 15.00-dan 17.00-dək paytaxt meriyasının mitinq üçün ayırdığı yerdə aksiya keçirməyə hazırlaşır.
Xatırladaq ki, GHMK-ya Vətəndaş Həmrəyliyi, Xalq Cəbhəsi, Demokrat və Müsavat gənclər təşkilatları, o cümlədən “Nida” Vətəndaş Hərəkatı, “Dalğa”, “Azad”, “Müsbət Dəyişiklik” gənclər hərəkatları və İnsan Hüquqları Klubu daxildir. Aksiyada “Qarabağ”, “Siyasi məhbuslara azadlıq”, “Rüşvətsiz təhsil” və “Rüşvətə yox” şüarları səslənəcək.

Daxili siyasət
PA Vətəndaş Qəbulu Mərkəzində iyunda vətəndaşların qəbulu cədvəli açıqlanıb
18:14
29 may 2024
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
00:00
28 may 2024
MSK daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub
16:37
27 may 2024
Milli Məclisin yaz sessiyası çərçivəsində son iclasının gündəliyi açıqlanıb
16:31
27 may 2024