Bank Of Baku

Partiya sədri: “Almaniya rəsmisinin məqsədi ölkədəki siyasi vəziyyət haqqında obyektiv məlumat almaq olmayıb”

Partiya sədri: “Almaniya rəsmisinin məqsədi ölkədəki siyasi vəziyyət haqqında obyektiv məlumat almaq olmayıb”
# 16 mart 2012 16:15 (UTC +04:00)
Bakı-APA. “Çox təəssüfedici haldır ki, demokratik dünyanın episentrlərindən biri hesab olunan Almaniya kimi bir ölkənin təmsilçisi bu qədər açıq ayrı-seçkiliyə imza atmış oldu”. APA-nın məlumatına görə, bu fikirləri Almaniyanın xarici işlər naziri Gido Vestervallenin Azərbaycana səfəri çərçivəsində vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşünü şərh edən Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.

E. Musayev görüşə siyasi partiya rəhbərlərindən yalnız Müsavat sədri İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin dəvət edilməsinin ayrı-seçkilik olduğunu bildirib: “Azərbaycanda 50-dən çox partiya qeydiyyatdan keçdiyi halda, protokola yalnız radikal yönümlü və məqsədi, məramı bəlli olan təşkilatların rəhbərlərinin daxil edilməsi anlaşılmazdır. Sual olunur ki, görüş subyektləri hansı meyarla seçilib? Əgər söhbət partiyanın nüfuzundan, böyüklüyündən gedirsə, onda görüşə Yeni Azərbaycan Partiyasının nümayəndələri niyə dəvət olunmayıb? Əgər görüşdə məqsəd ictimai-siyasi vəziyyət haqqında dolğun məlumat almaq idisə, onda niyə eyni fikrin daşıyıcısı olan partiyaların və QHT-lərin nümayəndələri dəvət olunurdu? Deməli, məqsəd heç də ölkədəki siyasi vəziyyət haqqında obyektiv məlumat almaq olmayıb”.

E. Musayev Almaniyanın Azərbaycandakı səfirliyindən bu məsələ ilə bağlı açıqlama gözlədiklərini də deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR