Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyəti Müsavatın qurultayına yer ayrılması üçün müraciətə bayramdan sonra cavab verəcək

Bakı Şəhər İcra Hakimiyyəti Müsavatın qurultayına yer ayrılması üçün müraciətə bayramdan sonra cavab verəcək
# 19 mart 2012 09:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Müsavat Partiyasının qurultayının keçirilməsi ilə bağlı müraciətinə yəqin ki, bayramdan sonra cavab veriləcək”. Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov deyib. Onun sözlərinə görə, paytaxtda keçirilən bayram tədbirləri ilə əlaqədar partiyanın müraciətini cavablandırmaq mümkün olmayıb: “Yəqin ki, gələn həftə cavab olacaq. Hər halda sənəd hazır olandan sonra nə isə demək olar”.

Qeyd edək ki, Müsavat Partiyası qurultayın keçirilməsinə yer ayrılması üçün bir müddət öncə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Həmin müraciətdə martın 3-4-də keçirilməsi planlaşdırılan qurultay üçün Əli Oyunları İdman Sarayının ayrılması istənilib. Paytaxt meriyası isə müraciətə rədd cavabı verib. Bundan sonra isə Müsavat Partiyası martın 3-də və 4-də keçirməyə hazırlaşdığı qurultayı qeyri-müəyyən vaxta təxirə salıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR