Bank Of Baku

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 19 mart 2012 12:49 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İdarə Heyəti Türkiyə, İran və Azərbaycan xarici işlər nazirlərinin Naxçıvanda keçirilən görüşünü təqdir edib.

Dövlət başçısı İlham Əliyevin Novruz bayramı ilə əlaqədar imzaladığı əfv fərmanı, vətəndaşların əmanətlərinin qaytarılması ilə bağlı hakimiyyətin son addımına da münasibət bildirilib.

Yığıncaqda Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin martın 17-də keçirdiyi mitinq də müzakirə olunub, gənclərə aktiv olmaq tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR