Bank Of Baku

Əli Əhmədov Almaniya xarici işlər nazirinin müxalifət təmsilçiləri ilə görüşünü pisləyib

Əli Əhmədov Almaniya xarici işlər nazirinin müxalifət təmsilçiləri ilə görüşünü pisləyib
# 19 mart 2012 15:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Bir sıra hallarda Azərbaycanın daxilində olan müəyyən qüvvələr ölkəmizə təzyiq göstərmək istəyən, ölkəmizin maraqlarının reallaşmasına əngəllər yaratmaq istəyən qüvvələrlə sinxron fəaliyyət göstərirlər. Yəni, qərəzli xarici dairələrin istəklərinin həyata keçirilməsində ucuz vasitəyə çevrilmiş olurlar. Bu yaxınlarda Almaniya xarici işlər nazirinin Bakıda olarkən bir neçə müxalifət nümayəndəsi ilə təfərrüatı açıqlanmayan görüş keçirməsini buna əyani misal kimi göstərə bilərəm”. APA-nın xəbərinə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov YAP-ın saytına müsahibəsində deyib.

Ə. Əhmədov bildirib ki, əslində demokratik bir cəmiyyət olaraq bu tipli görüşlərin əleyhinə deyillər və Azərbaycan bu cür görüşlərin keçirilməsindən hər hansı əndişə duymur: “Açıq şəkildə qeyd etmək istəyirəm ki, bu cür primitiv üsullar vasitəsilə Azərbaycana təsir və ya təzyiq etmək mümkün deyil. Amma Azərbaycan daxilində ayrı-ayrı siyasi partiyalarda təmsil olunan insanların ölkəmizə qarşı təzyiq etmək istəyən, Azərbaycanın maraqlarına qarşı fəaliyyət göstərən qərəzli qüvvələrə dəstək vermələri bu mənada bizi narahat edir. Çünki bu prosesdə onlar azərbaycanlı kimi iştirak edirlər. Narahatlıq ondan ibarət deyil ki, bu, Azərbaycanın dövlətçiliyi üçün hansısa təhlükə yaradır. Narahatlıq ondan ibarətdir ki, bu, azərbaycançılıq və dövlətçilik məfkurəsinə qarşı çevrilmiş bir mövqe və yaxud hərəkətdir. Təbii ki, bu, yolverilməzdir və biz bunu qəti şəkildə pisləyirik. Bir daha demək istəyirəm ki, Azərbaycan demokratik dövlətdir, demokratik dəyərlər ölkəmizdə mənimsənilib, demokratik təsisatlar təşəkkül tapıb, ölkəmizdə siyasi plüralizm mövcuddur, müxtəlif siyasi partiyalar fəaliyyət göstərirlər, bir sıra hallarda onların fəaliyyəti adi demokratik dəyərlər çərçivəsindən kənara çıxır. Amma biz istəmərik ki, ölkəmizdə fəaliyyət göstərən hansısa qüvvələr anti-Azərbaycançı fəaliyyət həyata keçirən xarici qüvvələrin maraqlarının təmin olunmasında ucuz vasitəyə çevrilsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR