Prezident İlham Əliyev: “Bakının tarixi gözəlliyi bu gün müasir infrastruktur layihələrinin tamamlanması ilə zənginləşdirilir”
Prezident bildirib ki, müstəqil dövlət kimi Azərbaycan yalnız inkişaf yolu ilə gedəcək. Azərbaycan dünya miqyasında daha da böyük yerə malik olacaq. Ölkənin keçən ilin oktyabr ayında dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına seçildiyini vurğulayan prezident qeyd edib ki, bu eyni zamanda, dövlətdə gedən proseslərin məntiqi nəticəsidir.
O, son illər ərzində uğurlu siyasi və iqtisadi islahatların aparıldığını, ölkənin dayanıqlı inkişafa nail olduğunu qeyd söyləyib.
Prezident qeyd edib ki, keçən il 900 minə yaxın pensiyaçının orta pensiyası əhəmiyyətli dərəcədə, təqribən 40 faizə yaxın artırılıb. Bu gün Azərbaycanda orta pensiyanın səviyyəsi orta maaş səviyyəsinin 40 faizini təşkil edir. Bu, inkişaf etmiş ölkələr üçün xas olan nəticədir.
Bu yaxınlarda sovet dövrü əmanətlərinin qaytarılması ilə əlaqədar imzalanan müvafiq sərəncamın növbəti sosial və siyasi addım olduğunu bildirən prezident, bununla ölkənin nə qədər güclü sosial siyasət yürütdüyünü əyani şəkildə nümayış etdirdiyini deyib.
Prezident xatırladıb ki, son 8 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə, büdcə təxminən 15 dəfə artıb.
İlham Əliyev iqtisadi və sosial sahədə digər uğurlardan da danışıb.
Azərbaycan paytaxtının inkişaf perspektivləri barədə prezident deyib ki, Bakının tarixi gözəlliyi bu gün müasir infrastruktur layihələrinin tamamlanması ilə zənginləşdirilir. “Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi inkişaf Proqramı keçən ildən icra edilir və əminəm ki, gələn il uğurla başa çatacaq. Bütün qəsəbələrdə sosial struktur layihələri icra ediləcək”.
Dövlət başçısının sözlərinə görə, paytaxtın inkişafı ilə bağlı gələcək planlar var. “İçərişəhər” Dövlət Qoruğu çox böyük həssaslıqla, ehtiyatla, tarixilik gözlənilməklə yenidən bərpa edilir. Bütün dini abidələr, məscidlər, ictimai yerlər, küçələr abadlaşdırılır. Müasir Bakını təcəssüm etdirən bulvar genişləndirilir, yeni bulvar tikilir. Nəticə etibarilə bir-iki aydan sonra bulvarın ərazisi 13-15 kilometr təşkil edəcək.
Dövlət başçısı bildirib ki, Bayraq Meydanında aparılan geniş abadlıq işləri yekunlaşır. Şəhərin rəmzlərindən biri olan funikulyor yenidən qurulur, Xalça Muzeyi tikilir, “Bakı Venesiyası” rekonstruksiya edilir və kanallar genişləndirilir.
İlham Əliyev deyib: “Bütün bunları biz insanların rahat yaşaması üçün edirik. Bakıda işləmək və yaşamaq üçün bütün imkanlar var. Mən istəyirəm ki, Bakı dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevrilsin. Əminəm ki, gün gələcək və biz deyəcəyik ki, Bakı dünyanın ən gözəl şəhəridir. Belə də olmalıdır. Azərbaycan vətəndaşları ən gözəl şəraitdə yaşamalıdırlar. Həm böyük şəhərlərdə, həm kəndlərdə. Hər bir kənd üçün indi konkret proqramlar var və onlar icra edilir”.
Daxili siyasət
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Xəbər Lenti
ABB partnyorları ilə görüş keçirib
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə yüksək nəticələr əldə ediblər
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib
"InvestAZ"dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə!
Kosovonun sabiq prezidenti Haşim Taçi hərbi cinayətlərə görə 25 il həbs cəzasına məhkum edilib
Zəfərdən ədalət mühakiməsinə: Azərbaycanın yaratdığı tarixi reallıq – TƏHLİL
Növbəti qurultaya hazırlaşan YAP-ın inkişaf tarixində yeni mərhələ - MÖVQE
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
Ağdamda Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş konfrans keçirilib - FOTO - YENİLƏNİB
Ermənistan Konstitusiya Məhkəməsi TRIPP sazişini konstitusiyaya uyğun hesab edib
Şimali makedoniyalı mütəxəssis “Qəbələ”nin yeni baş məşqçisi təyin olunub
Etilen-Polietilen zavodunda gələn il modernizasiya layihəsi üzrə sahə işlərinə başlanılacaq
Aİ Orta Dəhlizin inkişafına 12 mlrd. avroyadək investisiya cəlb etməyi planlaşdırır
ABŞ Belarusun iki şirkətinə qarşı sanksiyaları aradan qaldıracaq, Minsk isə 25 nəfəri azad edəcək
2027-ci il Formula 1 Azərbaycan Qran-prisinin tarixi açıqlanıb
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Qərbi Azərbaycan İcması erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa çağırıb
Şimali Kiprin dini nümayəndəsi: Türk həmrəyliyinə heç bir qüvvə asanlıqla zərər vura bilməz
TDT rəsmisi Orta Dəhlizdə daşımaların asanlaşdırılmasının yollarından danışıb
“İrşad”da yeni tədris ilinə özəl “Yaşıl Cümə” fürsətləri başladı - VİDEO
Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq - SABAHIN HAVASI
Ramazan Erdağ: Orta Dəhlizin uğuru yalnız yük həcmi ilə deyil, yaratdığı iqtisadi dəyərlə ölçüləcək
Aİ-nin enerji xərcləri Hörmüz boğazındakı vəziyyətə görə 90 milyard avro artıb
Gürcüstan DTX-nin yeni rəhbəri vəzifəsinə təsdiqlənib
AİB-nin Direktorlar Şurasının üzvləri Azərbaycana səfəri çərçivəsində ADY-də olublar
Fərid Şəfiyev: Orta Dəhlizin məqsədi xüsusilə böhran dövrlərində mühüm boşluqları doldurmaqdır
Müdafiə naziri Katz: İsrail Qəzzada "işi bitirəcək"
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Göygöldə avtomobil aşıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Etilen-Polietilen Zavodunda gələn il əsaslı təmir aparılacaq
İstanbulda Azərbaycan məktəbinin açılışı gələn ilə təxirə salınıb
Türkiyə türk dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirmək niyyətindədir
FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Konstantinovkanın nəzarətə götürüldüyünü Putinə məruzə edən generalın ölümü rəsmən təsdiqlənib - YENİLƏNİB
Türk dövlətləri arasında ortaq ödəniş sistemi yaradıla bilər
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycandan Gürcüstana pul köçürmələri azalıb
Kürşad Zorlu Türk dünyası İnkişaf Bankı ilə bağlı detalları açıqlayıb
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
Zelenski: Xaricdə olan 9 milyon ukraynalı ilə seçkiləri necə keçirmək olar?
Yanvar-avqust aylarında 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Qəbələdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Vens: ABŞ Yaxın Şərq siyasətini İsrailə tabe edə bilməz
Türk dövlətləri üçün ortaq inkişaf bankı yaradıla bilər
“QHT işi” üzrə ittiham olunan Hafiz Həsənova hökm oxunub
2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin tədris planları təsdiqlənib