Bank Of Baku

Şamaxının Muğanlı kəndində monitorinq keçirilib və qəzalı vəziyyətdə olan evlərin sakinləri köçürülüb

Şamaxının Muğanlı kəndində monitorinq keçirilib və qəzalı vəziyyətdə olan evlərin sakinləri köçürülüb
# 23 mart 2012 21:09 (UTC +04:00)
APA-nın məlumatına görə mütəxəssislər Muğanlı kəndi ərazisindəki sürüşmə zonasına, eləcə də yaşayış üçün yararsız vəziyyətə düşən fərdi yaşayış evlərinə baxış keçiriblər. Müəyyən edilib ki, hazırda ölkə ərazisində baş verən ən aktiv sürüşmə zonası Muğanlı kəndidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev APA-ya bildirib ki, bu günədək yalnız 14 evin qəzalı vəziyyətdə olduğu və orada yaşayışın qeyri-mümkün olduğu müəyyən edilib. “Yenidən komissiya təşkil olunaraq sürüşmənin təsiri nəticəsində divarlarında çatlar əmələ gəlmiş digər evlərə də baxış keçiriləcəkdir. Bizə 50-ə yaxın evin ziyan çəkməsi ilə bağlı məlumat daxil olub. Sürüşmə belə davam edərsə qəzalı vəziyyətə düşən evlərin sayının artacağı gözlənilir. Məsələ ilə bağlı Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciət olunub. Məktuba cavab alındıqdan sonra sakinlər üçün yeni evlərin tikintisinə başlanılacaq. Muğanlı bələdiyyəsi yeni evlərin tikilməsi üçün kəndin təhlükəsiz ərazisində 5 hektar torpaq sahəsi ayrıb. İlkin mərhələdə qəzalı vəziyyətə düşən 14 evin sakinlərinin köçürülməsi nəzərdə tutulub. Bu gün 9 ailə qohumlarının evinə köçürülüb”.
Əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev sözlərinə görə Şamaxı rayonunun Muğanlı kəndində sürüşmə sahəsi kəndin şimalından, mərkəzi hissədən başlayaraq cənub-qərb istiqamətinə doğru çox böyük bir sahədə irəliləyir. “Sürüşmənin qaşı ötən ilki sürüşmə ilə müqayisədə 100-150 metrə qədər fərqlənir və şimala doğru hərəkət edir. Həmin ərazidə yaşayan insanların təcili olaraq kənara köçürülməsi lazımdı.
Sürüşmənin inkişafı bu templə davam edərsə sakinlər üçün ciddi problemlər yarana bilər”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR