Bank Of Baku

İctimai Palatanın Koordinasiya Şurası mitinqə hazırlıq məsələlərini müzakirə edib

İctimai Palatanın Koordinasiya Şurası mitinqə hazırlıq məsələlərini müzakirə edib
# 24 mart 2012 13:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) növbəti iclası keçirilib. İP KŞ-nın üzvü Pənah Hüseynin APA-ya verdiyi məlumata görə, iclasda ərazi təşkilatlarının fəaliyyəti ilə bağlı təlimat qəbul olunub, hüquq komissiyasına Qubada keçirilən aksiyadan sonra saxlanılan şəxslərin haqlarının qorunması üçün xüsusi tapşırıq verilib və saxlanılanların azadlığa buraxılmasına dair tələblərin aprelin 8-də keçiriləcək mitinqinin sənədinə salınması razılaşdırılıb.

Koordinasiya Şurası qurumun aprelin 8-də keçirmək niyyətində olduğu mitinqə hazırlıq məsələlərini də müzakirə edib. Yığıncaqda bəzi texniki məsələlərin müəyyənləşdirilməsi, şüarların və aksiyanın yeri ilə bağlı dəqiqləşmələrin aparılması üçün martın 26-da Koordinasiya Şurasının növbədənkənar yığıncağının keçirilməsi qərara alınıb.

İclasda İctimai Palatanın “RLS-siz Qəbələ, RLS-siz Azərbaycan” aksiyasına dəstək verdiyi də açıqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR