Bank Of Baku

İctimai Palata növbəti mitinqi «Nərimanov» və ya «Təbriz» kinoteatrları qarşısında keçirmək niyyətindədir

İctimai Palata növbəti mitinqi «Nərimanov» və ya «Təbriz» kinoteatrları qarşısında keçirmək niyyətindədir
# 26 mart 2012 16:11 (UTC +04:00)
Bu barədə APA-ya İP Koordinasiya Şurasının üzvü Aqil Səmədbəyli məlumat verib.

A.Səmədbəylinin sözlərinə görə, Palata aprelin 8-nə planlaşdırılan mitinq üçün iki yer üzərində dayanıb. Bu, «Nərimanov» və «Təbriz» kinoteatrlarının qarşısıdır: «Biz yekdilliklə bu yerlərin üzərində dayandıq. 20-ci sahə isə əlverişsiz olduğundan məqsədəuyğun sayılmır».

A.Səmədbəyli aksiyaya icazə verilməsi üçün müraciətin sabah Bakı şəhər İcra Hakimiyyətinə göndəriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR