Bank Of Baku

Məhkəmə Arif Hacılının müraciətini geri qaytarıb

Məhkəmə Arif Hacılının müraciətini geri qaytarıb
# 27 mart 2012 13:44 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Suraxanı rayon Məhkəməsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının müraciətini geri qaytarıb. Bu barədə APA-ya A. Hacılının vəkili Əsabəli Mustafayev məlumat verib. Ə. Mustafayev deyib ki, müraciətin geri qaytarılmasına səbəb həmin sənədin vəkillər tərəfindən hazırlanmasıdır. O, müraciətin A. Hacılı tərəfindən yenidən hazırlanacağını söyləyib.

Qeyd edək ki, A. Hacılının vəkilləri təyin olunmuş cəzanın üçdə birini çəkdiyi üçün müdafiə etdikləri şəxslərin azadlığa çıxması barədə məhkəməyə müraciət ediblər.

Xatırladaq ki, A. Hacılı İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyasında saxlanılıb, məhkəmə qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR