Bank Of Baku

Əli Həsənov: “Heydər Əliyev haqqında kitab yazıb, sonra da bunu spekulyasiyaya çevirmək qəbuledilməzdir”

Əli Həsənov: “Heydər Əliyev haqqında kitab yazıb, sonra da bunu spekulyasiyaya çevirmək qəbuledilməzdir”
# 29 mart 2012 10:59 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Bəzən yanıma gəlib deyirlər ki, Heydər Əliyev, yaxud İlham Əliyev haqqında kitab yazmışam, amma icazə vermirsiniz ki, çap etdirək”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” kitabının təqdimat mərasimində çıxışında bildirib.

Həmin kitabı nümunə göstərən PA rəsmisi “Əslində Heydər Əliyev, İlham Əliyev haqqında belə samballı əsərlər yazılmalıdır”, - deyə bildirib: “Bizim istəyimiz budur ki, Heydər Əliyev haqqında məhz belə kitablar yazılsın. Heydər Əliyev haqqında kitab yazıb, sonra da bunu spekulyasiyaya çevirənlər var. Bəzən bu işə çox hörmətli adamlarımız da qoşulur. Cildlərlə kitablar yazırlar və həmin kitablar yalnız onu yazanın kitabxanasında özünə yer tapır. Əslində heç bir ictimai yükü olmayan kitablar yazmaqdansa, Qarabağın, Naxçıvanın tarixi ilə əlaqədar, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə salnamələr yazmaq lazımdır. Mən məmnuniyyətlə bir gəncin adını çəkmək istəyirəm, Avropa Azərbaycanlıları Cəmiyyətinin sədri Tale Heydərovun dəstəyi ilə salnamələrin Rusiyanın, dünyanın müxtəlif ölkələrinin arxivlərindən toplanıb Azərbaycanda dərc olunması əslində Azərbaycanın ümummilli lideri haqqında əsl kitabdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR