Azərbaycanda «Hərbi qulluqçuların statusu haqqında» qanun yenidən işlənir
29 mart 2012 11:33 (UTC +04:00)
Bu barədə APA-ya Milli Məclisin Təhlükəsizlik və müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc məlumat verib.
Z. Orucun sözlərinə görə, adıçəkilən qanun layihəsi hazırda parlament və Silahlı Qüvvələrin mütəxəssislərinin iştirakı ilə hazırlanmaqdadır. Layihə hələ hazır olmadığından millət vəkili onun detalları barədə məlumatsız olduğunu deyib.
Qeyd edək ki, «Hərbi qulluqçuların statusu haqqında» yeni qanun layihəsinin hazırlanmasında Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların hüquq şöbələrinin nümayəndələri iştirak edir. Qanun layihəsinin Milli Məclisin payız sessiyasınadək hazırlanması planlaşdırılır.

Daxili siyasət
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
14:12
17 may 2024
Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
10:32
17 may 2024
Yaxın günlərdə Ermənistan və Azərbaycan sərhədçiləri sərhədin razılaşdırılmış hissəsində yerləşdiriləcək
00:10
16 may 2024
Əfv Komissiyasının növbəti iclası keçirilib
17:32
15 may 2024