Bank Of Baku

“Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” kitabının təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

“Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” kitabının təqdimat mərasimi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 29 mart 2012 12:28 (UTC +04:00)
APA-nın məlumatına görə, çıxış edən Azərbaycan Dövlət Teleqraf Agentliyinin (“AzərTAc”) baş direktoru Aslan Aslanov kitabın əhəmiyyətindən danışıb. Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə xalqlar üçün milli yaddaşın əhəmiyyətini vurğulayıb: “Çox təəssüf ki, biz tariximizin ayrı-ayrı məqamlarını çox tez unuduruq. Bu unutqanlıq da gətirib ona çıxarır ki, ermənilər təkcə son 200 illik tarixdə bizim başımıza beş dəfə – hər biri milli faciə kimi dünya tarixinə yazılmalı olan işlər gətiriblər. Azərbaycanlıların soyqırımı məsələsi dünya tarixində əks olunmur, dünya parlamentlərinin qərarlarına düşməyib, dünyanın böyük ensiklopediyalarında əksini tapmayıb. Bunlar yalnız bizim qəlbimizdədir və qəlbimizi göynədir. Heç yaddaşımıza da əməlli-başlı həkk olunmayıb. Ermənilər olmayan hadisələri dünyanın bəlli informasiya mərkəzlərinə, siyasət mərkəzlərinə, ictimai rəyi formalaşdırma mərkəzlərinə yerləşdirə biliblər. Amma biz olanımızı edə bilməmişik. Ona görə də bu tipli cəhdləri dəstəkləməliyik”.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxışında kitabla bağlı fikirlərini bölüşüb. O, kitabın üz qabığında Qubadakı kütləvi məzarlığın fotoşəklindən istifadə olunduğunu söyləyib: “Ermənilər baş verməyən soyqırımlarını bir fransız rəssamın çəkdiyi 15 kəllədən ibarət rəsmlə göstərir. Biz isə rəsm yox, konkret fakt – fotoşəkil göstəririk”.

Tarix İnstitutunun direktoru Yaqub Mahmudov “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi” kitabının ermənilərlə informasiya müharibəsində əhəmiyyətli olduğunu bildirib: “Bu kitab Azərbaycanın tarix elmi və informasiya müharibəsi üçün çox əhəmiyyətlidir. Biz informasiya müharibəsində Ermənistana qalib gəlmişik”.

Digər çıxışçılar da kitabın əhəmiyyətini vurğulayıblar və onun ermənilərlə informasiya müharibəsində, ermənilərin törətdiyi vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayacağından bəhs ediblər.

Qeyd edək ki, kitab Heydər Əliyevin xatirəsinə ithaf olunub. Kitabın redaktoru Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, buraxılışa məsul şəxs isə “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR