Bank Of Baku

Hesablama Palatası Milli Məclisdə hesabat verəcək

Hesablama Palatası Milli Məclisdə hesabat verəcək
# 29 mart 2012 12:37 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Hesablama Palatası rəhbərliyinin Milli Məclisdə (MM) hesabat verəcəyi tarix məlum olub. MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun APA-ya verdiyi məlumata görə, Hesablama Palatasının hesabatı parlamentin aprelin 6-da keçiriləcək iclasında dinləniləcək və müzakirə olunacaq.

İclasda “Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcəyi də gözlənilir. Bundan başqa, “Mədəniyyət haqqında” qanun layihəsi də müzakirə olunacaq.

Aprelin 6-da keçiriləcək iclasda ümumilikdə 8 məsələ müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR