Bank Of Baku

İsa Qəmbər: “Mitinqə icazə verilməsə, Bakı şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçirəcəyik”

İsa Qəmbər: “Mitinqə icazə verilməsə, Bakı şəhər İcra Hakimiyyəti qarşısında aksiya keçirəcəyik”
# 31 mart 2012 10:59 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “İctimai Palata 8 apreldə razılaşdırılmış aksiya keçirəcək. Əgər yer ayrılmasa və yaxud aksiyanın keçirilməsi mümkün olmadığı bir yer təklif edilsə, onda biz Bakı şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirəcəyik”. APA-nın məlumatına görə, bu fikirləri İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya Məclisinin iclasında deyib.

“Açılmamış süfrənin bir, açılmış süfrənin min qüsuru var. Razılaşdırılmış aksiya açılmış süfrədir. Gərək mitinqdə ciddi hazırlaşaq. Həmin mitinq İctimai Palatanın və bura daxil olan partiyaların aksiyaya nə qədər ciddi hazır olduğunu göstərəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR