Bank Of Baku

Azərbaycanın şimal bölgəsinin şəhərlərində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım mərasimləri keçirilib

Azərbaycanın şimal bölgəsinin şəhərlərində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım mərasimləri keçirilib
# 01 aprel 2012 01:11 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Balakən, Zaqatala, Qax, Oğuz və Şəki rayonlarında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım mərasimləri keçirilib. APA-nın verdiyi məlumata görə, Şəki Telekommunikasiya Qovşağının akt zalında keçirilən tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri ilə yanaşı ayrı-ayrı idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak ediblər. Şəki Şəhər İH-nin şöbə müdiri Sadiq Yusifovun 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar məruzəsi dinlənilib, çıxışlar olub. Natiqlər qeyd edib ki, Azərbaycan xalqı mənfur düşmənlərin məqsədli şəkildə törətdikləri qətliyamlar nəticəsində on minlərlə övladını qurban verib. Silahsız, dinc əhaliyə qarşı törədilmiş soyqırımı aktları xalqımızın yaddaşında dərin iz buraxıb. Azərbaycanın bir çox yerlərində 1918-ci ilin martında törədilmiş soyqırım aktlarının qanlı izləri - kütləvi insan məzarlıqları hələ də qalmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR