Bank Of Baku

Göyçayda Türk Qafqaz İslam Ordusunа məxsus maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır

Göyçayda Türk Qafqaz İslam Ordusunа məxsus maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır
# 01 aprel 2012 03:10 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov-APA. General-mayor Nuru Paşanın komandanlıq etdiyi Türk Qafqaz İslam Ordusunun Əli adlı çavuşu və Lazım adlı əsgəri erməni-rus birləşmələrinə qalib gəldikdən sonra Göyçayın Qarabaqqal kəndində ailə quraraq uzun illər orada yaşayıblar. APA-nın məlumatına görə hazırda qəhrəman türk əsgərlərinin övladları da həmin kənddə yaşayırlar. Lazım Əliyevin 80 yaşlı oğlu Yaqub Əliyev bildirib ki, 1918-ci ilin iyunun 27-dən iyulun 2-dək general-mayor Nuru Paşanın komandanlığı ilə türk ordusunun erməni-rus işğalçılarına qarşı apardığı ilk ölüm-dirim savaşı da, düşmənlərə vurulan ilk ağır zərbələr və müharibədə yaranan dönüş nöqtəsi də, türk şəhidlərinin qanı töküldüyü döyüşlərdən ən böyüyü də məhz Qarabaqqal ərazisində olub. Yaqub Əliyev atasının və əmisinin, bütövlükdə qəhrəman türk əsgərlərinin ruhuna bir ehtiram kimi onların xatirəsinin əbədiləşdirilməsi üçün Qarabaqqal kəndində kiçik bir abidənin və ya xatirə lövhəsinin qoyulmasını arzu edir. “1940-cı ildə ailəmiz Kəlbəcərə köçürülüb. Uzun illərdir atamızın erməni işğalı altında olan Kəlbəcərdəki məzarını da ziyarət etmək həsrəti ilə yaşayırıq. Göyçayda qalan digər türk hərbçisi, yəni əmisi çavuş Əlinin məzarı isə Qarabaqqal kəndinin qəbristanlığındadır”.
Rayon mədəniyyət və turizm şöbəsindən bildiriblər ki, bu gün rayonun Bığır, Cəyirli, Çayarxı, Müsüslü və Qaraməryəm yaşayış məntəqələrində də naməlum türk hərbiçilərinin məzarları var. Qarabaqqal kənd sakini Böyükağa Mürsəlovun ailəsi isə üzərində rəngli boya ilə Nuru Paşanın portreti çəkilən 94 yaşı olan sinini yadigar saxlayır. 77 yaşlı Böyükağa Mürsəlovun sözlərinə görə, əmisi Qaçaq Məhəmməd həmişə bolşeviklərə, ermənilərə qarşı döyüşüb və 29 yaşlı general-mayor Nuru Paşa ilə dost olub. "Nəslimizin tanınmış adamlarından bir neçəsi repressiya qurbanı olub, qalanları isə Rusiya və Qazaxıstana sürgün edilib. Anam məni çox əziyyətlə böyüdüb oxudub. Ailəmiz çox çətinliklər çəksə də, Nuru Paşanın bu yadigarını qiymətli hədiyyə kimi 94 il qoruyub saxlamışıq. Əgər istəsələr, bu sinini muzeyə hədiyə etməyə hazırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR