Bank Of Baku

Siyavuş Novruzov: “Müxalifətçilərin səfirlərdən birinci tələbi puldur”

Siyavuş Novruzov: “Müxalifətçilərin səfirlərdən birinci tələbi puldur”
# 02 aprel 2012 12:54 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov verib. O bildirib ki, İctimai Palata bir neçə dəfə Avropa Birliyinə daxil olan ölkələrin Azərbaycandakı səfirləri ilə görüş təşəbbüsü ilə çıxış edib: “Ötən il keçirdikləri görüşdə hansı məsələlərin müzakirə olunduğuna dair stenoqram var. Onların birinci tələbi puldur. Səfirlərin biri də deyib ki, mitinqə kifayət qədər adam çıxartmasanız, maddi və mənəvi dəstək verməyəcəyik. Hətta səfirlərdən biri müxalifətçilərin aksiyada iştirak edənlərin sayı ilə bağlı məlumatının yalan olduğunu da bildirib”.

S. Novruzov qeyd edib ki, müxalifətin aksiyaları mövsümi xarakter daşıyır: “Müxalifət partiyalarının, bu qurumlara yaxın olan gənclər təşkilatlarının aksiyalarının səviyyəsini gördük. Bu fikrimin üzərində qalıram. Müxalifət partiyalarının heç birinin sosial bazası, o cümlədən cəmiyyətə verə biləcəyi ideyası yoxdur. 1990-cı il təfəkküründən bu yana keçə bilməyən, ancaq mitinq düşüncəsi ilə yaşayan insanlardan xalq da heç nə gözləmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR