Bank Of Baku

AMİP Gənclər Təşkilatının üzvləri Avronest PA-nın Siyasi Komitəsinin sədri ilə görüşüblər – FOTO

AMİP Gənclər Təşkilatının üzvləri Avronest PA-nın Siyasi Komitəsinin sədri ilə görüşüblər – <font color=red>FOTO </font>
# 02 aprel 2012 14:07 (UTC +04:00)
Bakı-APA. Bu gün Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Gənclər Təşkilatının İdarə Heyəti üzvlərinin Avropa Parlamentinin üzvü , “Avronest” Parlament Assambleyası (PA) Siyasi Komitəsinin sədri, Günnar Hökmarkla görüşü olub. AMİP mətbuat və informasiya xidmətindən APA-ya verilən məlumata görə, görüşdə AMİP-çi gənclər təşkilatın fəaliyyəti və qarşıda duran vəzifələr barədə geniş məlumat verilib.
O da vurğulanıb ki, AMİP Gənclər Təşkilatı regionda sülhün və təhlükəsizliyin qorunması, eləcə də Dağlıq Qarabağ probleminin ədalətli həlli yollarının tapılmasında Avropalı həmyaşıdlarının dəstəyinə ümidlə yanaşırlar.
Günnar Hökmark öz növbəsində, Azərbaycan gəncliyinin fəal tərkib hissəsi kimi AMİP-çi gənclərin üzərilərinə götürdüyü missiyanı və ali dəyərlərə bağlılığını yüksək qiymətləndirib. G. Hökmark təmsil olunduğu qurumun hər zaman gənclərin yanında olduğunu və bundan sonra da dəstəyini əsirgəməyəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR