Bank Of Baku

Finlandiyanın xarici işlər naziri Azərbaycanın bir sıra partiya liderləri və hüquq müdafiəçiləri ilə görüşüb

Finlandiyanın xarici işlər naziri Azərbaycanın bir sıra partiya liderləri və hüquq müdafiəçiləri ilə görüşüb
# 02 aprel 2012 14:20 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda rəsmi səfərdə olan Finlandiyanın xarici işlər naziri Erkki Tuomioyan bir sıra partiya sədrləri və hüquq müdafiəçiləri ilə görüşüb. Bu barədə APA-ya görüşdə iştirak edən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu məlumat verib.

N. Cəfəroğlu görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin də iştirak etdiyini deyib: “Görüş zamanı Azərbaycanda insan hüquq və azadlıqları barəsində fikir mübadiləsi aparıldı. Azərbaycandakı ictimai-siyasi vəziyyət müzakirə olundu. Həmçinin İctimai Palatanın ötən il aprelin 2-də keçirdiyi aksiya zamanı saxlanılan şəxslərin hələ də həbsdə olmasını nazirin diqqətinə çatdırdıq və bildirdik ki, həmin şəxslərin həbsdə qalması azərbaycanlı hüquq müdafiəçilərini narahat edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR